Ən böyük istixanaların yerləşdiyi rayon pomidor və xiyar istehsalı həcmini açıqladı
Ölkə iqtisadiyyatının inkişafında hər bir bölgənin, hər bir rayonun öz payı, öz zəhməti var. Qazanılan bu nailiyyətlərdə Şəmkir rayonunun da payı az deyil. Çünki əlverişli coğrafi relyefi, münbit torpağı, bol su mənbələri hesabına burada ildə dörd dəfə məhsul götürülür.
Şəmkirdə, xüsusən aqrar sektorun çoxşaxəliliyi təmin olunub, kartofçuluq, taxılçılıq, üzümçülük, meyvəçilik sahələri ilə yanaşı, tərəvəzçilik də kifayət qədər inkişaf edib.
Şəmkir rayonunun iqtisadi potensialına uyğun olaraq meyvə-tərəvəz və üzüm emalı müəssisələrinin, kiçik və ya orta həcmli istixana, həmçinin üzümçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələri həyata keçirilib.
Cari ildə Şəmkir rayonundakı əkin sahələrində 8304 hektar sahədə buğda, 5777 hektarda arpa, 867 hektarda günəbaxan, 2487 hektarda qarğıdalı, 1718 hektarda pomidor, xiyar, 6489 hektarda kartof, 1203 hektarda şəkər çuğunduru becərilib.
Fermerlər indiyədək 28822 ton buğda, 16233 ton arpa, 1473 ton günəbaxan və 16414 ton qarğıdalı istehsal ediblər.
130 MİN TONA YAXIN İSTEHSAL
Respublikamızın ən böyük istixanalarının yerləşdiyi Şəmkirdə 129808 ton pomidor və xiyar istehsal olunub.
Hazırda kartof, şəkər çuğunduru və tərəvəz sahələrində məhsul yığımı davam etdirilir. Bu günədək tarlalardan 4525 ton şəkər çuğunduru, 19291 ton tərəvəz, 113730 ton kartof yığılıb.
© Azərtac
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























