Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Neft "Taxt Oyunları" ilə 2 ilin zirvəsində

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft "Taxt Oyunları" ilə 2 ilin zirvəsində
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft qiymətləri, dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanda kralın olğlu, vəliəhd Şahzadə Məhəmməd bin Salmanın korrupsiya ittihamları ilə yüksək səviyyəli rəsmiləri vəzifələrindən azad və həbs etdirməsilə bağlı olarq iki ildən çox müddətin ən yüksək səviyyəsinə qalxıb.  

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Vəliəhd Şahzadə, dövlətə məxsus neft şirkəti "Saudi Aramco"ya nəzarət edən bir kral şurasının üzvünü və bu şirkətin direktorlarından birini də həbs etdirib.

 

"Baker Hughes"ın məlumatlarına görə, ABŞ-da qazılan neft quyularının sayı May ayından bu yana ən aşağı səviyyəyə enib.
 


Analitiklər bildirirlər ki, indi belə bir sual yaranıb: Vəliəhd Şahzadə Məhəmməd bin Salmanın belə dramatik bir şəkildə qohumlarını həbs etdirərək, sabitliyi pozacaq "Taxt Oyunlarına" səbəb olub olmayacağıdır.


 
Neft, qlobal ehtiyatların azalmaqda olması, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) və tərəfdaşlarının Mart ayında başa çatacaq hasilatın azaldılması müqaviləsini uzadacaqları  gözləntiləri ilə dörd həftədir ardıcıl bahalaşıb. OPEC-in ümumi istehsalının 50%-dən artığını qarşılayan Səudiyyə Ərəbistanı, İraq və Küveyt müqavilənin uzadılmasını dəstəklədiklərini bəyan ediblər.


 
Qərbi Texas nefti (WTI) Nymex birjasında 3,1% bahalaşaraq bareli 57.42 dollara, Brent nefti, Londonda ICE Futures Europe birjasında 3.3 faiz yüksələrək bareli 64.20 dollara qədər çıxıb.

07.11.2017 05:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18