"Pensiyaların artırılması üçün 178 milyon tələb olunur"
Azərbaycanda pensiyaların bütöv məbləğinin artırılması üçün təxminən 178 mln. manat tələb olunur.
Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib:
"Artıq pensiyanın baza, sığorta hissəsi bölünmür, ümumi məbləğ var. Artımlar bütün məbləğə şamil olunacaq. Növbəti ilin yanvar ayında Dövlət Statistika Komitəsi 2017-ci il əmək haqqının artım tempi barədə məlumat verəcək. Pensiyaların bütün məbləği həmin artım qədər indeksləşdiriləcək".
"Hesablamalarımıza əsasən, hazırda həmin dövlət quluqçularının, hərbi qulluqçuların və digər bu kateqoriyadan olanların pensiyalarına əlavələri çıxsaq, yerdə qalan aylıq ödəmə məbləği təxminən 228 mln. manat təşkil edir. Bu il əmək haqqı artımının 6,5% təşkil edəcəyi gözlənilir. Buna görə də 228 mln. manatın 6,5 %-i götürülüb 12 aya vurulsa, bu, təqribən 178 mln. manat vəsait edir. Bunun da 148 mln. manatını Fond öz gəlirləri hesabına təmin edə bilər. 30 mln. manatlıq hissə isə açıq qalır. Onun da dövlət büdcəsindən verilən transfertin 30 mln. artırılması hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Buna görə də gələn il DSMF-nin büdcəsinin balanslaşdırılması üçün bu ilə nisbətən 30 mln. manat çox, yəni 1,3 mlrd manat vəsait yönəldilməsi nəzərd tutulur", - deyə nazir əlavə edib.
S.Müslümov qeyd edib ki, yaşa görə müavinət alanların sayında artım var: “Bu da əsasən pensiya ilə bağlı qanunvericilikdə dəyişiklik nəticəsində əmək pensiyası almaq imkanlarının məhdudlaşdırılması ilə bağlıdır. Yaşı çatmış şəxslərin pensiya almaq imkanlarını müəyyən qədər azalıb. Belə ki, işləmək, işi legallaşdırmaq, sosial sığorta haqqı ödəmək lazımdır ki, həmin şəxsin əmək pensiya almasına imkan yaransın".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)







