"Ovu 20-25 il qadağan edilsin!"
Noyabrın 21-23-də Bakıda dövlətlərarası Xəzər dənizi Su Bioresursları Komissiyasının I sessiyası keçiriləcək.
Bunu Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib.
Onun sözlərinə görə, Xəzər Dənizi Su Biloloji Resurları Komissiyası təsisatlarası komissiya olub:
"2014-cü ilin sentyabr ayında Rusiyanının Həştərxan şəhərində keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının IV Zirvə Görüşündə qəbul olunan protokolda Xəzəryanı ölkələrin hökumətlərinə Xəzər Dənizi Su Biloloji Resurları Komissiyasının təsnifatlaşdırıcı statusdan hökumətlərarası statusuna qaldırılması barədə sazişin razılaşdırılması tapşırılıb. 2016-cı ilin ortalarında bu sazişə bütün Xəzəryanı ölkələr qoşulublar. Bu komissiyanın dövlətlərarası statusda ilk komissiyası isə Bakıda keçiriləcək".
İnstitut direktoru qeyd edib ki, ümumilikdə 2011-ci ildən başlayaraq, Xəzəryanı ölkələrin hamısı nərəcinli balıqların sənaye ovuna texniki moratorium tətbiq edir: "Bu, o deməkdir ki, dövlətlərarası saziş olmasa da, biz bir-birimizə bu balıqları ovlamamaq barəsində söz vermişik. Bu balıqlar yalnız balıqartırma məqsədləri, qismən, yəni çox kiçik həcmdə də elmi-tədiqat məqsədləri üçün ovlana bilər. Amma moratoriumun tətbiqi barədə qərar qəbul oldunqudan sonra bu, artıq başqa - dövlətlərarası status səviyyəsində həyata keçiriləcək".
M.Axundov qeyd edib ki, əsasən texniki məsələlərin müzakirə ediləcəyi ilk sessiyanın gündəliyinə konkret olaraq, nərəcinsli balıqların ovuna moratoriumun qoyulması məsələsi daxil edilməsə də, bu məsələnin iclasda müzakirə edilə və nərəcinsli balıqların ovuna 20-25 il moratoriumun qoyulması təklifi qaldırıla bilər: “Bu məsələ komissiyanın iclasının gündəliyində yoxdur. Amma 1-ci sessiya öz işinə başlayanda belə bir məsələ qaldırmaq istəyirik ki, nərəcinsli balıqların ovuna moratoriumun qoyulması sahəsində hökumətlərarası razılaşma olsun, onların ovlanmasına 20-25 il qadağa qoyulsun. Çünki onların kürüsü 18 il müddətinə yetişir. Ona görə də imkan vermək lazımdır ki, dənizdə nərəcinsli balıqlar inkişaf etsin və çoxalsın”.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)


