Azərbaycan İsrailin aqrar yolu ilə getməyə cəhd edir
Noyabr ayının 14-də Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Dan Stav ilə görüşüb.
Görüşdə məqsəd iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq imkanlarının müzakirəsi olub.
Nazir müavini Seyfəddin Talıbov İsrailin suvarma sahəsində yüksək təcrübəyə malik olduğunu və Azərbaycanda bu təcrübənin tətbiqinin əhəmiyyətini qeyd edib. Bildirib ki, Azərbaycan 2005-ci ildən indiyədək İsraildən suvarma avadanlıqları, o cümlədən İsrail-Türkiyə birgə istehsalı olan bir çox avadanlıqlar alıb.
Nazir müavini İsraildə səfərdə olarkən İsrailin kənd təsərrüfatı naziri, həmçinin kənd təsərrüfatı sahəsində aparıcı şirkətlərin nümayəndələri ilə görüşdüklərini və qarşı tərəfində aqrar sahədə əməkdaşlıqda maraqlı oduğunu qeyd edib.
İki ölkə arasında aqrar sahədə əməkdaşlığın hüquqi bazasının yaradılması məqsədilə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə İsrail Dövlətinin Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş”in 2016-cı ilin 13 dekabr tarixində Bakı şəhərində imzalandığını diqqətə çatdırıb. Bundan sonra əməkdaşlığa daha da genişləndirmək üçün konkret sahələr- baytarlıq, fitosanitar və digər sahələr üzrə sazişlərin imzalanmasını məqsədəuyğun hesab edib. Nazir müavini həmçinin İsrailin “MAŞAV” təşkilatının xətti ilə Azərbaycanın kənd təsərrüfatının müxtəlif sahələrində çalışan mütəxəssislərin bu ölkədə bir sıra təlimlərdə iştirak etdiyini qeyd edib.
Seyfəddin Talıbov hal-hazırda ölkəmizdə sağlam və keyfiyyətli toxum istehsalının təşkil edilməsi, toxumçuluqda elmi-praktiki biliklərin genişləndirilməsi və eyni zamanda bu sahədə idxaldan asılılığın azaldılması məqsədilə İsrail Dövlətinin bu istiqamətdə ixtisaslaşan şirkətləri ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu və bu şirkətlə tərəvəz toxumçuluğunun istehsalı ilə bağlı layihənin həyata keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
Nazir müavini korporasiya və informasiya məsləhət xidməti, həmçinin elmi nəticələrin fermer təsərrüfatlarında tətbiqi sahələrində İsrail Dövləti ilə əməkdaşlığı məqsədəuyğun hesab edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Dan Stav İsrailin kənd təsərrüfatı sahəsində yüksək təcrübəyə malik olduğunu və bu əməkdaşlığı inkişaf etdirmək üçün həm hüquqi, həm də iqtisadi tərəfdən bazanın olduğunu nəzərə çatdırıb. Səfir mütəmadi olaraq Azərbaycanın bölgələrinə səfər etdiyini, Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün böyük işlər görüldüyünü, müasir kənd təsərrüfatı sisteminin qurulduğunu və xarici təcrübədən bəhrələnməklə bu sahənin inkişafı üçün böyük potensial imkanların olduğunu diqqətə çatdırıb.
Səfir iki ölkə arasında kənd təsərrüfatının daha da inkişafı məqsədilə öz səylərini əsirgəməyəcəyini bildirib.
Sonra qarşılıqlı maraq doğuran məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat əvvəl
Bank of Baku-dan yaşıl təşəbbüs – növbəti ağacəkmə aksiyası keçirildi
-
13 saat əvvəl
"Pensiya yaşının artırılması ilə bağlı iddialara RƏSMİ CAVAB
-
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Qızılın qiyməti 2026-cı ildə 5000 dollara, 2030-cu ilin sonuna qədər isə 10000 dollara çata bilər"
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Sizin Lombard" vətəndaşlara kredit ayrımaq üçün illik 15%-lə borc alır
-
14 saat əvvəl
“AFB Bank”ın kredit portfeli, gəlirləri və xalis mənfəəti artıb
-
15 saat əvvəl
Azərbaycan Prezidenti Fransanın yeni səfirinin etimadnaməsini qəbul etdi
- 15 saat əvvəl
-
15 saat əvvəl
Sabahdan Xırdalan-Bakı E2 nömrəli ekspres marşrut xətti istifadəyə verilir
Son Xəbərlər

"Pensiya yaşının artırılması ilə bağlı iddialara RƏSMİ CAVAB

“PAŞA Sığorta”da rəhbər vəzifəyə təyinat olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

“AFB Bank”ın kredit portfeli, gəlirləri və xalis mənfəəti artıb
Ən çox oxunanlar

10 000 manat kredit götür, aylıq cəmi 350 manat ödə

“AFB BANK” avadanlıqların satın alınması üzrə tender elan edib

Azərbaycan və Çin mərkəzi banklarının sədrləri görüşüb

“Çörəkçi” ailəsi Ümumdünya Çörək Gününü birlikdə qeyd etdi

ABB səhmdarları 16%-ə yaxın dividend qazana bilərlər
