Azərbaycanda türk iş adamlarının təşkilatı fəaliyyətə başlayıb
Azərbaycanda Türkiyədən olan iş adamlarının təşkilatı - Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) fəaliyyətə başlayıb.
Yeni qurumun ölkə üzrə 35 üzvü var.
Bunun isə yarısı azərbaycanlı iş adamlarıdır.
MÜSİAD-in Azərbaycan bölməsinin İdarə Heyətinin sədri Abdurrahman Uzun jurnalistlərə açıqlamasında bildirib ki, hədəf qarşıdakı 3 ildə üzvlərin sayını 500-ə çatdırmaqdır: "İlin sonuna qədər bu rəqəmi 100-ə, qarşıdakı 3 ildə isə 500-ə çatdırmaq istəyirik. MÜSİAD Türkiyədə 1990-cı ildə 12 iş adamı tərəfindən yaradılıb. Hazırda 68 ölkədə fəaliyyət göstərən 181 şöbəsi və 11 mindən çox üzvü var. Təşkilat 50 mindən çox müəssisəni təmsil edir və 1,6 mln. nəfəri işlə təmin edir".
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum 2018-ci ildə sahibkarları bir araya gətirib biznes ortaqlığı yaratmaq və biznes fəaliyyətini inkişaf etdirmək məqsədi ilə MÜSİAD-in şöbəsi olan 4 ölkəyə işgüzar səfər təşkil etmək niyyətindədir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 22 saat sonra
-
- 18 saat sonra
-
39 d. əvvəl
Azərbaycan bankı Niderland bankından 25 milyon dollar kredit cəlb etdi
-
1 saat əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda ipoteka kreditlərinin 80%-i dövlət hesabına verilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unicapital-dan fərqli investisiya təcrübəsi – yeni veb “Trading Portal”
-
1 saat əvvəl
S&P: SOCAR üçün 2025–2027-ci illərdə sabit, lakin təzyiq altında maliyyə dövrü gözlənilir
-
2 saat əvvəl
Reytinq agentliyi neftin qiymətinin daha da düşəcəyini gözləyir - PROQNOZLAR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb
S&P: SOCAR üçün 2025–2027-ci illərdə sabit, lakin təzyiq altında maliyyə dövrü gözlənilir
Ən çox oxunanlar
Bankın İdarə Heyətinin sədri vəzifəsindən ayrılıb
"Bakı Ticarət Mərkəzi"nin nizamnamə kapitalı kəskin azaldıldı
Bakı Limanı daha çox yük aşırıb
Avtobus marşrutları müsabiqəyə çıxarılır - SİYAHI
Noyabrın 14-də gözlənilən hava şəraiti
Wolt artıq Şəkidə!

















.jpg)


