Ferma və istixananı neçəyə qurmaq olar?
“100 başlıq südlük heyvandarlıq təsərrüfatını tam şəkildə 350 min manata tikib təhvil veririk”.
Bunu “Zovg Construct” şirkətinin təsisçisi və rəhbəri Araz Mirzəyev bildirib.
“Müştəri sadəcə heyvanları təsərrüfatına gətirib işə başlayır. Azərbaycanda hazırda bir-iki ferma təsərrüfat yaradan şirkət var. Orta hesabla heyvandarlıq təsərrüfatlarını 450-550 min manata tikib istifadə verirlər”,- o deyib.
Hazırda Azərbaycanda yeni və maraqlı sahələrdən biri də banan təsərrüfatının yaradılmasıdır. Əvvəllər əlverişli olmadığı üçün bunu yaratmaq mümkün olmurdu.
Araz Mirzəyev qeyd edib ki, Azərbaycanda belə istixana indiyə qədər qurulmayıb: “Amma Azərbaycanda bu təsərrüfatın yaradılmasında insanlar çox maraqlıdırlar. Çünki Azərbaycanda banan satışı çox yüksəkdir və ancaq xaricdən gətirilir.
Banan istixanalarda digər məhsullardan fərqli olaraq yalnız torpaqda əkilir. Azərbaycanda belə istixanaları quraraq düzgün yetişdirilmə mühiti yaratmaqla bu təsərrüfatda yüksək məhsuldarlığa nail olmağı bacarırıq. Pomidor və digər istixanalardan fərqli olaraq bu istixanalarda havalandırmaya daha çox ehtiyac var. Bu istixanaları Türkiyəli mütəxəssislərlə birgə qururuq. Bu gün təkcə banan deyil, çiyələk istixanalarını da heç bir şirkət təklif etmir. Kokobitli sistemlə 200 ton məhsul verən çiyələk istixanalarını da qura bilirik. Digər tərəfdən Azərbaycanda çiyələcək istehsalı çox azdır. Ona görə də bazarda tələbat yüksəkdir. Bazara çıxarıldığı zaman dərhal satılır. O cümlədən xarici bazara Rusiya və ərəb ölkələrinə rahat şəkildə çıxarmaq olur.
Yəni, biz bu gün bazarda ən çox tələbat olan kənd təsərrüfatı məhsullarının istixanalarını yaradırıq. Pomidor,xiyar, çiyələk, banan və s.
Qiymətlərə gəlincə, 1 hektarlıq banan istixanalarını 350 min manata qururuq. Torpaqdan əkilən çiyələk istixanalarını isə 440-450 min manata, kokobitli istixanaların yaradılması isə 600 min dollara başa gəlir.
Banan istixanalarının qurulması ilə daha çox Azərbaycanın isti regionlarından müraciət edirlər. Salyan və Şəmkirdən müştərilər zəng vurur.
Bəs istixana təsərrüfatında sahibkar nə qədər qazanc götürə bilir?
Şirkətin rəhbəri bildirib ki, bu məhsulun sortundan aslıdır: "Məsələn orta səviyyəli parnikdən 400-450 min manat gəlir götürmək olar. Tam müasir parnikdən isə bu 800 min -1 milyon manat arasında dəyişə bilər. Çiyələk üçün isə bazardakı qiymətdən aslıdır. Çünki çiyələyin qiyməti dəyişkəndir. Banan parniki yaratmaq istəyənlər isə artıq ikinci əkində gəlir qazana bilir. Orta hesabla bir hektar banan parnikindən 300 min manat gəlir götürmək olur".
© Fins
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
11 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























