"ABŞ-ın terror təşkilatları və məhkəmə ilə Türkiyəni diz çökdürməyə çalışır"
"PKK-nı bunun üçün qızışdırdılar, FETÖ-nu bunun üçün meydana çıxardılar"
"Baş əymədiyimiz üçün ABŞ bizi mühakimə etməyə, etibarsızlaşdırılmağa çalışır".
Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrıda sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının yerli təşkilatının konfransında çıxışı zamanı bildirib.
Pulunu verənin PKK terror təşkilatından istifadə etdiyini söyləyən R. T. Ərdoğan Türkiyədə etnik və dini mənsubiyyətinə görə heç kimin təzyiqlə üzləşmədiyini bildirib. Türkiyəni bölməyə çalışanlara qarşı qətiyyətlə mübarizə aparıldığını və aparılacağını bəyan edən R. T. Ərdoğan həmişə kürdlərin hüquqlarını müdafiə etdiyini, hətta Suriya prezidenti Bəşər Əsədlə münasibətlərinin yaxşı olduğu zamanlar kürdlərin hüquqlarının qorunmasını istədiyini bildirib:
"Yaxud Türkiyə İraqdakı, Suriyadakı zülmləri görməzdən gələ bilərdimi? Biriləri öz günlük maraqları üçün zalımlarla birgə ola bilər, amma biz bunu edə bilmərik. Biz bunlarla bağlı ssenarilərə qoşulmadığımız, baş əymədiyimiz üçün ABŞ bizi mühakimə etməyə, etibarsızlaşdırmağa çalışır. Ssenari bəllidir, bunu əlaltıları, FETÖ terror təşkilatı ilə birlikdə edirlər. Bizi bu oyuna sala bilməyəcəksiniz. PKK-nı bunun üçün qızışdırdılar, FETÖ-nu bunun üçün meydana çıxardılar. Hazırda ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının sədrindən də eyni məqsədlə istifadə edirlər. Millətimiz bilsin ki, bu oyunların heç bir bir-birindən ayrı deyil. Məqsədləri Türkiyəni diz çökdürməkdir. İstədikləri qədər çalışsınlar, bacara bilməyəcəklər".
© APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
42 d. əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib


























