Azərbaycan developerlərinin uğurlu layihələri nümayiş olunur
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycanın istedadlı gənc proqram tərtibatçıları tərəfindən yaradılmış layihələri nümayiş etdirir. Bakcell şirkətinin “BakuTel-2017” sərgi stendində açılmış AppLab guşəsində Bakcell şirkətinin dəstəyi ilə bütünlüklə gənc yerli proqram tərtibatçıları tərəfindən layihələşdirilərək ərsəyə gətirilmiş mobil tətbiq, “tamamlanmış reallıq” (Augmented Reality) layihəsi, onlayn platforma və İOT (Əşyaların İnterneti) startapı sərgilənir. 2017-ci ildə AppLab mərkəzində inkubasiya prosesindən keçmiş bu layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.
“Biz tam olaraq Azərbaycan developerləri tərəfindən yaradılmış bu innovativ mobil tətbiqləri və İT sahəsində digər yenilikləri “BakuTel-2017” sərgisində bizim stendimizi ziyarət edən qonaqlara nümayiş etdirməkdən qürur duyuruq. Bakcell şirkəti daha çox maraqlı startapların, proqram tərtibatçılarının və qrupların üzə çıxarılmasına çalışır ki, onların istedadlarını bütün dünyaya tanıtsın, onların öz ideyalarını reallaşdırmasına və bunun üçün maliyyə və investisiya mənbələrini tapmalarına kömək etsin. Bizim AppLab akselerasiya və inkubasiya proqramımız fəaliyyətə başladığı vaxtdan aparat vasitələri və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını Bakcell şirkətinə təqdim edib şirkətdən dəstək ala bilirlər. Bizim məqsədimiz yerli gənc istedadların öz startap layihələrini həyata keçirə bilməsinə kömək etmək və beləliklə də Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəmizi verməkdir. Və mən düşünürəm ki, bu nüfuzlu beynəlxalq sərgi onların nailiyyətlərini layiqincə qeyd etmək üçün ən gözəl məkandır”, deyə Bakcell şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.
Beləliklə, stendimizin ziyarətçiləri Azərbaycan developerlərinin yaratdığı aşağıdakı ən son innovasiyalarla tanış olmaq imkanına malik olacaqlar:
ARzoom – “tamamlanmış reallıq” (augmented reality) texnologiyasının əsasında layihələşdirilmiş yeni nəsil marketinq və reklam alətidir. Həm mobil, həm də veb şəbəkə idarəetmə panelləri vasitəsilə idarə oluna bilən bu çoxfunksiyalı platforma öz sadəliyi və geniş imkanları ilə istifadəçilərin karına gələ bilər. Bu platforma müştərilərə birbaşa çıxış imkanı verən “hədəfləmə” funksionallığına malikdir. Bu platformanı istifadə edən istənilən şirkət öz məhsullarını seçilmiş auditoriyaya yeniliyi ilə fərqlənən bir tərzdə təqdim edə biləcəkdir. Tətbiq aşağıda göstərilən səhifələrdən yüklənilə bilər: https://play.google.com/store/apps/details?id=com.customar.arzoom&hl=ru (Android üçün) və ya https://itunes.apple.com/us/app/arzoom/id1224738703 (iOS üçün) və daha ətraflı məlumat üçün: http://www.arzoom.co/
MoodMusic – bu, diqqəti sırf sizin əhval-ruhiyyənizə və şəxsi zövqünüzə uyğun olan musiqinin paylaşılması, təqib edilməsi və dinlənilməsi üzərində cəmləşdirən yeni bir sosial şəbəkə növüdür. Bu tətbiq istifadəçilərə musiqinin vasitəsilə öz hislərini və əhval-ruhiyyələrini paylaşmalarına kömək edəcəkdir. Tətbiqi aşağıda göstərilən səhifədən yükləmək olar: https://play.google.com/store/apps/details?id=com.hndsfts.moodmusic&hl=ru
Cinemania.az – onlayn kinofilmlər üçün nəzərdə tutulmuş elektron platformadır. Bu, bütün Azərbaycan filmlərinin bir yerdə saxlandığı ilk platformadır. İstifadəçilər bu platformanın vasitəsilə asanlıqla Azərbaycan filmlərinə rus və ya azərbaycan dillərində subtitrlərlə pulsuz baxa bilərlər. Qeydiyyatdan keçmiş istifadəçilər isə sevdikləri filmləri yaddaşda saxlaya, dostları ilə paylaşa və hətta öz şərhlərini qoya bilərlər. Daha ətraflı məlumat üçün: http://cinemania.az/
“AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra və inkubasiya moduludur.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 14 saat sonra
-
-
6 saat əvvəl
"Bəlkə də bir il, il yarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq"
-
6 saat əvvəl
İki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq yeganə rayon
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışı olub
- 8 saat əvvəl
-
11 saat əvvəl
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
"Dost Aqropark" 10 min baş cins mal-qara hədəfinə çatır"
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 3 GÜN
Ən çox oxunanlar
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir, bütün Qarabağı işıqlandırmaq olar"
“Şəfəq” yarımstansiyasının açılışı olub
SOCAR tərəfindən İtaliya şirkətinin alınması prosesi tamamlanıb
Prezident və birinci xanım Cəbrayıla səfər ediblər, Şükürbəyli kəndinin açılışında iştirak ediblər
“Qarabağdan Silikon Vadisinə” startap proqramına müraciət davam edir













.jpg)







