Azərbaycanın fındıq bağları təhlükə altındadır - 60% ZİYAN
Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdə qeyri-neft sektoru üzrə öndə gedən kənd təsərrüfatı sahələrindən biri fındıqçılıqdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, bu il respublikamız fındıq ixracı potensialına görə dünyada üçüncü yeri tutur.
Azərbaycan fındığı Şimali Amerika da daxil olmaqla 25 ölkəyə ixrac edilir.
Hazırda bu sahəyə böyük ziyan vuran mərmər taxtabiti dünyanın bir çox ölkələrində ciddi ziyanverici hesab olunur. Artıq Türkiyədə və Gürcüstanda qeydə alınan bu ziyanvericinin hər an respublikamıza keçmə təhlükəsi çox böyükdür. Belə bir hal müşahidə edilərsə, həşəratın ölkəmizə ziyan vuracağı qaçılmaz olacaq.
Bu günlərdə Gürcüstanda həmin ziyanvericinin yayılmasının qarşısının alınması ilə bağlı müzakirələr aparılıb. Tbilisidə “Qəhvəyi mərmər taxtabiti” mövzusunda təşkil olunan forumda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun entomoloq əməkdaşları - biologiya elmləri doktoru Xalid Əliyev, biologiya üzrə fəlsəfə doktorları, dosent İradə Nuriyeva və Şeyda Məhərrəmova ekspert kimi iştirak ediblər.
Zoologiya İnstitutundan bildirilib ki, forumda ziyanvericinin Gürcüstanın müxtəlif kənd təsərrüfatı sahələrinə vurduğu ziyan və bu həşəratla mübarizə sahəsində görülən tədbirlər barədə məlumat verilib. Həmçinin dünyanın bir çox ölkələrindən dəvət olunmuş mütəxəssislər bu növlə mübarizədə gələcək iş planları ətrafında müzakirələr aparıblar.
Qeyd edək ki, vətəni Cənub-Şərqi Asiya olan mərmər taxtabiti polifaq növdür və 200-dən artıq bitki ilə qidalanır. Bu ziyanverici ABŞ-da ilk dəfə 1996-cı ildə qeydə alınsa da, artıq 2014-cü ildən etibarən ölkənin 34 ştatında və Kanadanın cənub vilayətlərində kənd təsərrüfatının müxtəlif sahələri üçün böyük təhlükə yaradıb. Həmçinin 2015-ci ildən etibarən artıq Rusiyanın rütubətli subtropiklərində, Gürcüstanda kütləvi şəkildə çoxalıb. Gürcüstan Kənd Təsərrüfat Nazirliyinin məlumatına görə, mərmər taxtabiti bu ölkədə fındığın məhsuldarlığına 60 faiz ziyan vurub.
© Azərtac
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















