“Made in Azerbaijan” haqqında “Marketinq Sammiti 2017”!
Hal-hazırda ölkəmizdə marketinq və menecment sahəsinə olan geniş təlabatın artması, ixrac potensialının güclənməsi və bu istiqamətdə artan istəkləri son günlərdə hamımızın diqqətini çəkməkdədir. Azərbaycan iqtisadiyyatı özünün yeni bir dövrünə qədəm qoymuşdur. Dövlətin bir başa dəstəyi ilə şirkətlərin məhsul ixracatının stimullaşdırılması, xarici ölkələrdə təşkil olunan vahid Azərbaycan stendinin yaradılması, güzəştlərin tətbiq olunması və s. bu kimi layihələrin mövcudluğu məhz bu istiqamətdə atılmış addımlardandır. İxrac potensialından düzgün istifadə etmək, dövlətin yaratmış olduğu şəraitdən səmərəli yararlanmaq və xarici bazarlarda sağlam mövqe tutmaq bu gün hər bir sahibkar üçün çox vacibdir. Bəs bu zaman nələrə diqqət etmək, hansı standartları tətbiq etmək, ixrac siyasətinin düzgün strateji planlamasının aparılması, marka siyasətinin daha doğru və sağlam qurulması kimi aktual mövzular meydana gəlməkdədir.
Bu baxımdan 23 Dekabr 2017-ci il tarixində AzMarketinq MMC-nin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində “Made in Azerbaijan” brendinin inkişafına həsr olunacaq birinci “Marketinq Sammiti” təşkil olunacaq tədbir özündə çox böyük aktuallıq kəsb etməkdədir.
Təşkilat komitəsi olaraq Eyyub Qarabağlı, Rasim Abutalıbov, Seymur Quliyev, Tural Abbaslı və Qələndər Məmmədli sammitin keçirilməsi və sammitin missiyası haqqında verdikləri məlumatda qeyd edirlər ki, “Bu layihənin keçirilməsində əsas məqsəd lokal marketinq ilə qlobal marketinqin inteqrasiyası və dövlətin strateji yol xəritəsində vurğulanan marketinq, menecment, insan kapitalının inkişafı siyasətinə özəl sektorun dəstəyinin nələrdən ibarət olamalı olduğunu qarşılıqlı müzakirə etməkdir. Eyni zamanda mövzu Azərbaycan olunca bu bir vətənpərvərlik borcunun yerinə yetirilməsidir.” Dövlətin Strateji Yol Xəritəsinin əsas cizgilərinə uyğun olaraq «Made in Azerbaijan» brendinin formalaşdırılması imkanlarının müzakirəsinin aparılacağı sammitdə Azərbaycan və Türkiyədən qatılacaq spikerlərin real, praktik mövzular üzərindən fikirləri səslənəcəkdir.
Qeyd edək ki, 23 Dekabr 2017-ci il tarixində Bakı Biznes Mərkəzində təşkil olunacaq, 200 nəfərdən çox qonağın, 2 ölkədən 6 spiker olacaqdır. Marketinq kommunikasiyaları üzrə ekspert, Comunikal Şirkətinin təsisçisi və rəhbəri Tural Abbaslı, BrandMap jurnalının təsisçisi, bir çox tanınmış markaların konsultantı olan Bülent Fidan, neuro marketinq nüzrə mütəxəssis, professor Uğur Batı, Good Job şirkətinin rəhbəri, marka mühəndisi Serhan OK, CRM üzrə mütəxəssis Əli Xəyyam, Azərbaycan İqtisad üniversitetinin rektor köməkçisi Ramil Cabbarovun spiker kimi qatılacağı birinci “Marketinq Sammiti” (www.marketingsummit.az) Azərbaycanda marketinq sektorunda dövlətin ixrac siyasətinə, strateji yol xəritəsinə istiqamətlənmiş ilk layihə kimi tarixə düşəcək və strateji yol xəritəsinə uyğun olaraq qarşıdakı illərdə də təşkil olunmaqda davam edəcək. Tədbirdə iştirakçı kimi isə ölkəmizin qabaqcıl şirkətlərinin, struktur bölmələrinin rəhbərləri, marketinq sferasının nümayəndələri iştirakçı kimi dəvət olunacaqdır.
Ölkəmizdə belə bir qlobal layihənin keçirilməsində təşkilat komitəsi ilə dəstək verən Azərbaycandan Azpromo, Yelload, Vitam, Comunikal, Wplus vip service, BrandMAPAz, AzDigital, Türkiyə tərəfdən isə BrandMAPTr, BrandSuite, Orient Dünya Poligrafi kimi qurumların da belə bir tədbirdə yer alması onların “Made in Azerbaijan” siyasətinə olan dəstəyi və ölkəmizdə sağlam marketinq və menecment strukturunun qurulması üçün atmış olduğu addımlardandır.
Təşkilat komitəsi olaraq ümid edir və inanırıq ki, qarşıdakı illərdə Azərbaycanın biznes mühitində markalaşma, brend siyasəti, marketinq kommunikasiyaları istiqamətində yerli sahibkarlarımızla sinerji effektinə nail olaraq milli iqtisadiyyatımızın inkişafına hər zaman birlikdə tövhə verəcəyik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
- 7 d. əvvəl
-
-
29 d. əvvəl
İlk 3 ayda Azərbaycan vətəndaşları Türkiyədə 174 mənzil alıblar
- 45 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət satınalmalarının vahid internet portalına bir sıra mühüm funksionallıqlar əlavə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
""Azərbaycan Dəmir Yolları" 2030-cu ilə qədər 20 qatar almağı planlaşdırır"
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
İlk 3 ayda Azərbaycan vətəndaşları Türkiyədə 174 mənzil alıblar
Kürdəmir stansiyası sərnişinlərin istifadəsinə verilir
PAŞA Bank-dan sahibkarlar üçün yeni kredit kampaniyası
Dövlət satınalmalarının vahid internet portalına bir sıra mühüm funksionallıqlar əlavə olunub
Ən çox oxunanlar
"Kapital Bank"ın istehlak kreditləri portfeli 5% artıb
Aprelin 18-də gözlənilən hava şəraiti
"Gələn il Ağdam-Xankəndi dəmir yolunun açılışı planlaşdırılır"
"İranla sərhəddə yaradılan infrastruktur günə 1000 avtomobilin keçməsinə imkan verəcək"
İlham Əliyev Şimali Kipr Prezidenti ilə görüşüb












.jpg)







