Özəl sektor ixracındakı kəskin artım xam neft ilə bağlı ola bilər
2017-ci ilin Noyabr ayında Azərbaycanın özəl sektorunun ixracının aylıq müqayisədə 2,7 milyard dollar artması, böyük ehtimalla, xam neftin hansısa özəl şirkətin və ya şirkətlərin üzərindən ixrac olunması ilə bağlıdır.
“Marja”nın məlumatına görə, Azərbaycandan ixrac olunan qeyri-neft məhsullarının heç birinin ixracı bir ayda 2.7 milyard dollar arta bilməz.
2017-ci ilin Noyabr ayında özəl sektor ixracının Oktyabr ayı ilə müqayisədə sıçrayışla 2 milyard 689 milyon dollar artması sirr saxlanılır. Dövlət Gömrük Komitəsi "Marja"nın sorğusuna cavab olaraq, şərh verilməyəcəyini bildirib.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2017-ci ilin 10 ayı ərzində Azərbaycanın özəl sektorunun ixracı 1 milyard 691 milyon dollar təşkil etmişdi. Komitənin 2017-ci ilin 11 ayı üzrə açıqladığı statistikasında isə göstərilir ki, özəl sektorun ixracı təxminən 4 milyard 380 milyon dollar təşkil edib. Yəni, özəl sektor Noyabrda ixracını 2 milyard 689 milyon dollar artırıb.
2016-cı ilin 11 ayında özəl sektorun ixracı 1 milyard 552 milyon 509 min dolar təşkil etmişdi.
Dövlət sektorunun ixracı isə illik müqayisədə 6 milyard 525 milyon 655 min dollardan 7 milyard 950 milyon 980 milyon dollara, aylıq müqayisədə isə Oktyabrın ayının sonundakı 7 milyard 201 milyon 327 min dollardan 7 milyard 950 milyon 980 milyon dollara yüksəlib.
Qeyd edək ki, əsasən özəl sektorun ixracının kəskin artması nəticəsində Azərbaycanın ticarət əməliyyatlarının həcmi bu ilin Oktyabr ayının sonundakı 16 milyard 12 milyon 583 min dollar səviyyəsindən Noyabr ayının sonunda 20 milyard 291 milyon 683.43 min dollar səviyyəsinə yüksəlib.
Azərbaycanın ixracı isə bir ayda 9 milyard 54 milyon 202 min dollardan 12 milyard 500 milyon 979 min dollara qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 4 saat əvvəl
-
5 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
5 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



















.jpg)




.jpg)

