Həştərxanda Azərbaycan biznes mərkəzinin tikintisi yekunlaşmaq üzrədir
Rusiya Federasiyasının Həştərxan vilayətində Azərbaycan biznes mərkəzinin tikintisi yekunlaşmaq üzrədir. Bu barədə vilayətin qubernatoru Aleksandr Jilkin bildirib.
"Noyabrda Həştərxanda İran ticarət evinin açılışı baş tutub. Bununla yanaşı, Azərbaycan biznes mərkəzinin tikintisi yekunlaşmaq üzrədir", - deyə o bildirib.
Qubernator xatırladıb ki, gələn həftə Azərbaycana səfər edəcək: "Səfər çərçivəsində Həştərxan biznes mərkəzinin tikintisi üçün ayrılmış yerə baxış keçirəcəyik. Bununla yanaşı, biz gələn il üçün fəaliyyət planını da müzakirə edəcəyik".
Bundan öncə xəbər verdiyimiz kimi, A.Jilkin gələn həftə Azərbaycana səfər edəcək. Səfər çərçivəsində A.Jilkin bir sıra kommersiya layihələrinin reallaşdırılmasını müzakirə edəcək. Bildirilir ki, qubernator ölkə rəhbərliyi ilə görüşündə 2018-ci ildə reallaşdırılması nəzərdə tutulan layihələrlə bağlı təkliflər irəli sürəcək.
"Məhz azərbaycanlı investorlar 2017-ci ildə sürətlə inkişaf edən "Lotos" xüsusi iqtisadi zonasının ilk xarici iştirakçıları oldular. Azərbaycan ATEF şirkətlər qrupu elektrotexniki avadanlıqların istehsalı üçün nəzərdə tutulmuş zavodun tikintisinə başlayıb. Layihə üçün sifariş verilən investisiyaların məbləği 1,1 milyard rubldan çoxdur", - deyə o vurğulayıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 31 d. əvvəl
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 2 saat əvvəl
-
11 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
Alphabet 100 illik istiqraz burxmağı planlaşdırır
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Ən çox oxunanlar
Fəzail Ağamalı vəfat edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur


















.webp)





