Fed sədrindən mühüm açıqlamalar - Uçot dərəcəsi 3%-ə yaxınlaşacaq
ABŞ Mərkəzi Bankının (Fed) sədri Janet Yellen, pul siyasəti faizini 2019-un sonuna qədər ildə bir neçə dəfə artırmağı nəzərdə tutduqlarını bildirib.
"Marja" xəbər verir ki, Yellen San Fransisko şəhərində qatıldığı bir toplantıda etdiyi açıqlamada, ABŞ iqtisadiyyatının Fed-in məşğulluq və qiymət sabitliyi (inflyasiya) hədəflərinə yaxın olduğunu söyləyib və pul siyasətinin mərhələli sərtləşdiriləcəyini və növbəti faiz artırımlarının iqtisadiyyatın qarşıdakı aylarda necə inkişaf edəcəyinə bağlı olduğunu sözlərinə əlavə edib.
İşsizlik nisbətinin 5%-dən aşağı düşdüyünü və inflyasiyanın 2%-ə yaxınlaşdığını ifadə edən Yellen, keçən ay edilən 25 bəndlik faiz artımının iqtisadiyyatda qeyd edilmiş irəliləyişi əks etdirdiyini dilə gətirib.
Janet Yellen, sözlərini belə davam etdirib:
"İndi çoxunuz gələcək faiz artırımlarının qəti zamanını və faizlərin nə qədər yüksələcəyini bilmək istəyirsiniz, ancaq sadə gerçək budur ki, sizə cavab verə bilməm. Çünki cavab iqtisadiyyatın gələcək aylarda necə inkişaf edəcəyinə bağlıdır. İqtisadiyyatımız çox böyük və kompleksdir; gedəcəyi yolun çaşdırıcı dönüşləri və döngələri ola bilər. Ancaq sizə nə gözlədiyimizi söyləyə bilərəm. Keçən ay mən və çox həmkarım federal fond nisbətini 2019-cu ilin sonuna qədər ildə bir neçə dəfə artırmağı nəzərdə tutduq. Beləcə faiz nisbəti uzun müddətdə (2020-ci ilədək) təxminən 3%-ə yaxınlaşacaq."
Pul siyasətinin davamlı dəyişən iqtisadiyyata uyğunlaşmaq məcburiyyətində olduğunu vurğulayan Yellen, neytral faiz nisbətini təsbit etmək və bunun tətbiqinin bir evdəki termostatı nizamlamağa bənzəmədiyini, mühit istiliyini 20 dərəcəyə nizamlayıb getməyin mümkün olmadığını izah edib.
Yellen, pul siyasətinin təsirlərinin zaman içində ortaya çıxdığına işarə edərək, bu səbəblə qərarlarını ən yaxşı təxminlərinə görə vermək məcburiyyətində olduqlarına diqqəti çəkib.
"Dollar iqtisadi inkişafın güclənəcəyi gözləntiləri ilə yüksəldi"
Çıxışının ardından iştirakçıların suallarını cavablandıran Yellen, dolların son zamanlarda dəyər qazanmasını qiymətləndirib.
Fedin sərtləşdirdiyi pul siyasəti səbəbilə iki ildir yüksəliş meylində olan dolların, son dövrdə yeni rəhbərliyin gözlənilən maliyyə siyasətlərinə bağlı olaraq daha çox dəyər qazandığını qeyd edən Yellen, bu vəziyyətin ABŞ-ın xarici ticarət kəsirinə mənfi təsir etməyə davam edəcəyini bildirib.
- "Təzyiq hiss etmədim"
Fed sədri Janet Yellen,Barak Obama rəhbərliyindən pul siyasəti baxımından heç bir zaman təzyiq hiss etmədiyini ifadə edib.
ABŞ-ın maliyyə naziri Jack Lew ilə hər həftə görüşdüyünü bildirən Yellen, bu görüşlərin yalnız məlumat mübadiləsi üçün reallaşdırıldığını dilə gətirərək, "Heç bir zaman Obama rəhbərliyindən birinin mənə pul siyasətilə əlaqədar təzyiq etdiyi bir vəziyyətlə qarşılaşmadım" deyib.
Yellen, ABŞ iqtisadiyyatının müvəffəqiyyətinin Fed-in və hökumətin ortaq mənfəətləri üçün olduğunu sözlərinə əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 18 saat sonra
- 6 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti






















.jpg)





