Ən yuxarı (mobil)_30

Dollar Trump dövrünün başlaması ilə ucuzlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar Trump dövrünün  başlaması ilə ucuzlaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Trump dövrü başladıqdan sonra siyasi qeyri-müəyyənliklərin artacağı barədə narahatlıqlar yüksəlib. Donald Trumpın prezidentliyinin ilk günlərində iqtisadi artımı dəstəkləməyə dair əlavə bir məlumat verməyib. Trumpın andişmə mərasimində etdiyi çıxışdan sonra qızıl bahalaşıb, dollar isə  ucuzlaşıb. Trumpın çıxışının "davakar" tonu siyasi qeyri-müəyyənliyin daha da artacağı narahatlığını gücləndirib.

 

Eyni zamanda ABŞ Prezidenti Donald Trump, Şimali Amerika Azad Ticarət Razılaşmasını (NAFTA) yenidən müzakirəyə çıxaracağını deyib.

 

Trump-dan sonra Dollar Avro qarşısında ucuzlaşmaqdadır. Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Avro/dollar məzənnəsi 1.0742 səviyyəsinə qalxıb. Dollar avro qarşısında 0,4% dəyərdən düşüb.

 

Dollar yen qarşısında  0.8 faizə qədər düşərək, Dollar/yen 113.74 səviyyəsinə gəlib. 10-lar qrupu ölkələrin pullarının hamısı dollar qarşısında bahalaşıb.

 

Qızıl isə 0.6 faiz bahalaşaraq unsiyası 1217  dollara qədər qalxıb. 

 

Trump, Amerikanın maraqlarını gündəmində ilk yerə qoyacağını açıqlamasının ardından ABŞ Prezidenti olaraq vəzifəsinə başlayıb. Trumpın seçki kampaniyası zamanı iqtisadi inkişaf yönümlü vədləri, Noyabr ayından bu yana qlobal səhmlərin yüksəlməsinə səbəb olmuş, dollar dəyər qazanmış və ABŞ xəzinə istiqrazları düşmüşdü. 

 

"Dollar və bazar Trump və  onun komandasının siyasi bəyanatlarına qarşı çox həssas olacaqdır. Trump-ın Amerikaya rifah gətirib gətirməyəcəyini gözləyib görəcəyik. Qlobal baxımdan, Trumpın siyasətləri Amerikanın "tortdan" daha böyük bir dilim alması ilə nəticələnə bilər, ancaq qlobal ticarət azalsa, "tort" yəqin ki, böyüməyəcək",- analitiklər bildirirlər.  

23.01.2017 05:11

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18