Dövlət bankı: Aktivlərimizin azalmasının obyektiv səbəbləri var
Bu gün bəzi xəbər saytlarında bir neçə maliyyə - kredit qurumunun, o cümlədən dövlət bankı Azər Türk Bankın aktivlərinin kəskin azalması ilə əlaqədar həqiqətə uyğun olmayan yazılar verilmişdir.
Azər Türk Bank bununla əlaqədar bildirir ki, bankın aktivlərinin həcmi yazıda göstərildiyi kimi 63 faiz deyil, bu ilin əvvəlindən etibarən 37 faiz azalmışdır.
"Bunun da obyektiv səbəbləri vardır. Belə ki, 2015- ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının “Bank Standart”ın sağlamlaşdırılması üçün yönəltdiyi yüksək məbləğdə vəsait Azər Türk Bank tərəfindən Mərkəzi Banka qaytarılmışdır. Bundan əlavə, bəzi kreditləşmə əməliyyatlarının maliyyələşdirilməsi üçün cəlb edilmiş, lakin hazırki bazar şərtlərinə uyğun olmayan, yüksək faizli depozitlərin müştərilərə ödənilməsi, sözsüz ki, aktivlərin bir qədər də azalmasını şərtləndirmişdir".
Bankdan "Marja"ya daxil olmuş açıqlamada qeyd olunur ki, Bankın kapital mövqeyi Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən etdiyi səviyyədən yüksəkdir. Qeyd edək ki, prudensial göstəricilər üzrə bu il Azər Türk Bank əsaslı artıma nail olmuş və hazırda bankın likvidlik əmsalı 133 faiz səviyyəsindədir. Xatırladaq ki, bu göstərici üzrə norma 30 faiz səviyyəsində müəyyən edilmişdir.
Həmçinin 2016- cı ili yüksək mənfəətlə başa vurmaqla Bank, səhmlər üzrə dividend ödənişini həyata keçirmiş, ümumi bazar risklərini nəzərə alaraq riskli aktivlər üzrə ehtiyatlar yaradılmasına nail olmuşdur.
1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Müştərilərin xəbərləri
PAŞA Holding-in təşkilatçılığı ilə "Business Talks by PASHA Holding" platformasının ikinci tədbiri baş tutub
Elnur Osmanov: 300 hektarda yerləşən “Abşeron” Ticarət Mərkəzi hazırda 1500-dən çox mağazanı özündə birləşdirir
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
2 saat əvvəl
Taleh Kazımov: “ABB-nin İPO-sunda səhmlərə sifarişlərin 84%-i mobil əlavə vasitəsi ilə verilib”
-
-
7 saat əvvəl
Azərbaycanda “card to card” əməliyyatlarının AÖS üzərindən aparılmasına başlanılıb
- 7 saat əvvəl
-
8 saat əvvəl
Agentlik: Yaşayış binalarında ən azı 3 provayderin xidmət göstərməsi zəruri hesab olunur
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 7,3% artaraq 3,3 milyard dollara çatıb
-
10 saat əvvəl
Azərbaycanda yeni binalar enerji effektivliyi üzrə məcburi pasportlaşdırılacaq
-
10 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Google”un beynəlxalq hökumət əlaqələri üzrə rəhbəri ilə görüşüb
-
10 saat əvvəl
Aylıq gəliri 3000 manatadək olanlar 60 manat, 20 min manatdan çox olanlar 400 manat haqq ödəyəcəklər
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Taleh Kazımov: “ABB-nin İPO-sunda səhmlərə sifarişlərin 84%-i mobil əlavə vasitəsi ilə verilib”
Birbank Star – xərcləməyi rahatlaşdıran kredit kartı
Nazir Rəşad Nəbiyev “Google”un beynəlxalq hökumət əlaqələri üzrə rəhbəri ilə görüşüb
Aylıq gəliri 3000 manatadək olanlar 60 manat, 20 min manatdan çox olanlar 400 manat haqq ödəyəcəklər
Azərbaycanda Özəl Sənaye Məhəlləsi dövlət qeydiyyatına alınıb - ŞİRKƏTLƏR BURADA REZİDENT OLA BİLƏRLƏR
Bakıda iki gün leysan olacaq - XƏBƏRDARLIQ
Dekabrın 10-da gözlənilən hava şəraiti























