"Rixos Quba Hotel"-in sahibi dəyişdi
Azərbaycanın ən iri şirkətlərindən olan "Qarant Holding” iflas dövrünü yaşayır. Artıq bir neçə vaxtdır şirkətə məxsus mülklər satışa çıxarılıb.
Məlumata görə, bu dəfə Qubadakı "Rixos” hoteli də satılıb. Məlumata görə, hotel dəyərindən daha az məbləğə artıq satılıb.
Qeyd edək ki, Qubada inşa olunan "Rixos Quba Hotel" kompleksinin ərazisi 65 hektardır. Ərazidə hotel kompleksinin alt qatları ilə birlikdə 8 mərtəbəli binası, 16 kotec, ümumi sahəsi 30 min kvadratmetr olan süni göl, helikopterlərin enməsi üçün meydança və digər yardımçı binalar inşa edilib. 200 yerlik hotel kompleksində restoranlar, hovuz, idman meydançası və köməkçi obyektlər də var. Hoteldə həmçinin premium səviyyəli koteclər fəaliyyət göstərir.
Xatırladaq ki, bundan əvvəl "Qarant Holding"in Rəşid Behbudov küçəsindəki ofisi cəmi 25 min dollara satılıb. Halbuki, bu əmlak 60 milyon dollar dəyərindədir. Goranboy rayonunun Goran qəsəbəsi ərazisindəki inşaat materialları zavodu, Bərdə və Yevlaxdakı obyektlər, eləcə də Bakının H.Əliyev prospektində tikilən "Trump" hotel də şirkətin satılan mülkləri sıyahısındadır.
©Fins.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



















.jpg)





