Poçt bağlamalarının və yüklərin gömrükdə saxlanıldığı bildirilir - YENİLƏNİB
Azərbaycana poçt bağlamaların və yüklərin daşınması ilə məşğul olan DHL, UPS, Comex və Barami kimi şirkətlərin yükləri gömrükdə saxlanıldığı iddia olunur.
Bunu "Marja"ya şirkətlərin müştərisi bildirib.
"Bu gün öyrəndik ki, Azərbaycana poçt bağlamaların, onlayn mağazalar vasitəsi ilə sifariş edilən malların qısa müddətdə çatdırılmasını həyata keçirilən bütün şirkətlərin yükləri gömrükdə saxlanılıb. İndiyədək müştərilərə bunun səbəbi izah edilməyib. Ləngimənin uzun müddət davam edəcəyi bildirilir",- adının açıqlanmasını istəməyən mənbə bildirib.
Məsələ ilə bağlı olaraq Dövlət Gömrük Komitəsinin mövqeyini öyrənməyə çalışırıq.
Qeyd edək ki, 2018-ci il Yanvarın 1-dən yeni gömrük idxal rüsumlarının tətbiqinə başlanılıb.
"DHL"DƏN AÇIQLAMA
"DHL" Şirkətinin gömrük işləri üzrə meneceri İlkin Qüdrətov "Marja"ya bildirdi ki, hazırda şirkətin Azərbaycana daşıdığı və limitə uyğun olan heç bir bağlaması və yükləri gömrükdə saxlanılmayıb.
"Dəyəri Nazirlər Kabinetinin müəyyən etdiyi limiti (1000 dollar) keçən mallar qanunvericiliyə uyğun olaraq gömrükdə saxlanılır. Lazımı işlərdən sonra həmin mallar da gömrükdən keçəcəkdir. Bir daha qeyd edirəm ki, o şəxslərin malları gömrükdə saxlanılıb ki, həmin malların dəyəri limitdən yüksəkdir".
"UPS": BİZDƏ DƏ HEÇ BİR PROBLEM YOXDUR
"UPS" şirkətində baş direktorun müavini Anar Xəlilov "Marja"ya bildirdi ki, "UPS" daxil, daşımlar ilə məşğul olan beynəlxalq şirkətlərdə heç bir problem yoxdur.
Digər bir məlumata görə, "Comex" və "Barami" kimi yerli daşıyıcıların gömrükdə çətinlikləri yaranıb. Dövlət Gömrük Komitəsinin bu şirkətlərə fəaliyyətləri və statusları ilə bağlı bir neçə sualları var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
21 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
-
53 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub



















