“Quş qripi”nin Azərbaycana keçmə təhlükəsi varmı?
Türkiyənin Mardin və Rusiyanın Kostroma vilayətlərindən Azərbaycana diri quş, quş əti və quşçuluq məhsulları idxal olunmur.
Bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib.
Qonşu ölkələrdə aşkarlanan “quş qripi” virusunun Azərbaycana keçmə təhlükəsi ilə bağlı sualı cavablandıran Y.Xanvəli deyib: “KİV-lərdə Türkiyənin Mardin vilayətinin Boğaziyyə kəndində toyuq və digər ev quşlarında "quş qripi"nin aşkarlanması ilə bağlı məlumat yayılıb. Lakin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı və Türkiyənin rəsmi orqanları tərəfindən bizə bu barədə hər hansı məlumat daxil olmayıb. Buna baxmayaraq, KİV-lərdə yayılan məlumatlar diqqətdə saxlanılır. Belə ki, həmin bölgədən ölkəmizə diri quş, quş əti və quşçuluq məhsulları gətirilmir”.
Yolçu Xanvəli, həmçinin qeyd edib ki, Rusiyanın Kostroma vilayətində yerləşən quşçuluq fabrikində toyuqlarda “quş qripi”nin aşkarlanması ilə bağlı Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından məlumat alınıb. “Ümumiyyətlə, həmin bölgədən indiyədək ölkəmizə heç bir quşçuluq məhsulları gətirilməyib. Eləcə də 2017-ci ilin mart-aprel aylarında Moskva və Moskvaətrafı vilayətlərdə “quş qripi”nin aşkarlandığını nəzərə alaraq, həmin bölgələrə də müvəqqəti məhdudiyyət tətbiq edilib. Bu ərazilərdən ölkəmizə diri quş, quş əti və məhsulları idxal olunmur”, - deyə mətbuat xidmətinin rəhbəri vurğulayıb.
DBNX rəsmisinin sözlərinə görə, ölkəmizdə “quş qripi”nə görə vəziyyətin araşdırılması məqsədilə ötən il dörd monitorinq keçirilib. Monitorinqlər zamanı köçəri quşların müvəqqəti məskunlaşdığı ərazilərdən, eləcə də sənaye quşçuluğundan və şəxsi təsərrüfatlardan patoloji və qan nümunələri götürülüb, Respublika Baytarlıq Laboratoriyasında “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə müayinə edilib. Müayinələr zamanı “quş qripi”nin hər hansı tipinə təsadüf olunmayıb. Hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)










.jpg)







