2016-cı ildə Azərbaycanda qızıl hasilatı 15% azalıb
2016-cı ildə Azərbaycanda qızıl hasilatı 1 min 894,1 kq təşkil edib ki, bu da 2015-ci ilin göstəricisindən 15% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2016-cı ilin dekabr ayında Azərbaycanda 133,5 kq qızıl hasil olunub.
Hasil edilən qızıl emala göndərilib.
2015-ci ildə Azərbaycanda 2 min 229,3 kq qızıl hasil olunmuş, hasilatın həcmi 19,1% artmışdı.
Hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement tipli müqavilə çərçivəsində “Gədəbəy” yatağından hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.
İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında isə şirkət “Qədir” yatağında qızıl hasilatına başlayıb.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 27 d. əvvəl
-
37 d. əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
-
- 42 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
Trampın İranda müharibənin “yaxın zamanda başa çatacağını” deməsindən və İsrail–Livan atəşkəsindən sonra neft ucuzlaşır
Rəsmi məzənnələr açıqlandı
Netflix səhmləri 9% ucuzlaşıb
Ən çox oxunanlar
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb






.jpg)










.jpg)










