Bu il qiymətin enməsinə baxmayaraq, 114 milyon dollar valyuta gətirib
Ötən il fındıq ixracından ölkəmizə 114 milyon 500 min dollar valyuta daxil olub.
Bu barədə açıqlamasında Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov məlumat verib.
Assosiasiya sədri bildirib ki, keçən il Azərbaycandan 20 min 842 ton fındıq ləpəsi ixrac edilib. Bu, 2016-cı illə müqayisədə 5 min 972 ton çoxdur. Əgər 2016-cı ildə ixracdan 105 milyon dollar əldə olunmuşdusa, bu il dünya bazarlarında qiymətin enməsinə baxmayaraq, ölkəyə 114 milyon 500 min dollar valyuta gəlib.
“2017-ci ildə fındıq ləpəsi ixrac olunan ölkələr arasında birinci yerdə İtaliya (43 faiz) dayanır”, - deyən İ.Orucov qeyd edib ki, sonrakı yerlərdə Rusiya (31 faiz) və Almaniya (15 faiz) gəlir. Azərbaycan fındığının keyfiyyətinin yüksək olması məşhur şirkətlərin də diqqətini çəkir. Dünyada lider şirkətlərdən biri - “FERRERO” (İtaliya) üçün fındıq ləpəsinin ixracını buna misal göstərmək olar.
Qeyd edək ki, Azərbaycanda fındıq ixracının artırılması məqsədilə AZPROMO tərəfindən sərgilər və missiyalar təşkil olunur. Yerli fındıqçılar ötən il “Worldfood”, “Anuga”, SİAL və “Gulfood” kimi sərgilərə qatılıb, xarici ölkələrə ixrac imkanlarını müzakirə ediblər. Ölkə rəhbərliyinin göstərişinə əsasən, 2018-ci ildə sərgilərin sayı 10-a, missiyaların sayı isə 25-ə çatdırılıb. Bu isə Azərbaycan fındıqçılarına ixrac imkanlarını artırmaları üçün geniş imkanlar yaradır.
© Azərtac
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
14 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























