Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dövlət istiqrazlarına 18 investor tərəfindən 35 sifariş təqdim olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət istiqrazlarına 18 investor tərəfindən 35 sifariş təqdim olunub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

23 yanvar 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104001687 ISIN-li, 35 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

 

Reklam_3_11

Birjadan "Marja"ya daxil olmuş məlumata görə, hərrac zamanı 18 investor tərəfindən 35 sifariş təqdim edilmişdir. Sifarişlərin qiymət intervalı 85.7000 AZN (16.7780%) və 88.9430 AZN (12.5000%) olmuşdur. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 95 291 900,00 AZN olmuşdur.

 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 87.7784 AZN (13.9999%), orta ölçülmüş qiyməti 87.9520 AZN (13.7738%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 35 000 000 AZN təşkil etmişdir.

 

İstiqrazların ödəmə tarixi – 22 yanvar 2019-cu il.

 

Hərrac iştirakçıları 24 yanvar 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

23.01.2018 14:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18