“AzNar” biznesini genişləndirir
Göyçayda özəl investisiyalar hesabına rayon iqtisadiyyatı üçün əhəmiyyəti olan bir sıra obyektlərin tikintisinə də başlanılıb.
"Marja" xəbər verir ki, Yalman kəndində yerli iş adamının vəsaiti hesabına 2500 tonluq soyuducu anbar kompleksi, meyvəqurutma və çeşidləmə sexi inşa edilir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi ilə başlanan tikinti yekun mərhələsindədir. Yaxın illər bu ərazidə plastik və karton qablaşdırma müəssisəsi, meyvə kompotları istehsalı sexləri, əlavə soyuducu anbar kompleksləri də istifadəyə veriləcək.
“AzNar” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən isə özəlləşdirilmiş keçmiş pambıq əyirici fabrikinin bazasında yeni istehsalat sahələrinin yaradılması istiqamətində yenidənqurma və uyğunlaşdırma işləri aparılır. Bu məqsədlə QSC fabrikin üçmərtəbəli inzibati və istehsalat korpuslarında 38,2 min kvadratmetr sahədə əsaslı təmir işləri aparıb. Yaxın müddətdə burada meyvə qurudulması və karton materiallarının emalı sexləri, şərab istehsalı sexi və digər istehsalat sahələri yaradılacaq. Müəssisənin ərazisində 2400 kvadratmetr ərazidə müasir tipli 2500 tonluq soyuducu kameraların tikilməsi də nəzərdə tutulur.
Yeni istehsalat sahələrinin elektrik enerjisi ilə etibarlı təchizatını təmin etmək məqsədilə 2000 kilovolt gücündə paylayıcı elektrik məntəqəsi quraşdırılır, yeni istehsal sahələrinə xidmət edəcək ərazidaxili kommunikasiyalar yenidən qurulur.
Yerli iş adamlarının vəsaiti hesabına rayonda yeni xidmət sahələrinin yaradılması istiqamətində də tədbirlər davam etdirilir. Keçən il Cəyirli kəndinin ərazisində regionda ən iri olan tikinti materiallarının topdan və pərakəndə satış bazası istifadəyə verilib. Hazırda bu ərazidə inşa edilən “Yaşıl market”in tikintisində son tamamlama işləri aparılır. Şəhərin Natəvan küçəsində isə yeni avtovağzalın tikintisinə başlanılıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 13 saat əvvəl
-
- 14 saat əvvəl
-
15 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























