Bakıdan Tokioya növbəti birbaşa aviareys açılıb
Tokionun “Ameriacan Club” mərkəzində Bakıdan Kansay Beynəlxalq Hava Limanına yük daşımaları üçün “Silk Way West Airlines” aviaşirkətinə məxsus növbəti birbaşa aviareysin açılış mərasimi keçirilib.
Mərasimdə Yaponiya hökumətinin, parlamentin, biznes dairələrinin nümayəndələri, yerli KİV-lərin təmsilçiləri və diasporumuzun üzvləri iştirak ediblər.
“Silk Way West Airlines” şirkətinin Yaponiya nümayəndəliyinin rəhbəri Katsutoşi Tanaka yeni açılan reysin Yaponiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafına böyük təsir göstərəcəyini qeyd edib.
Mərasimdə çıxış edən “Silk Way Group”un prezidenti Zaur Axundov bildirib ki, 14 ədəd “Boeing 747-8” və “Boeing 747-400” təyyarələrindən ibarət hava donanmasına malik şirkət bu sahədə Avropanın tanınmış qurumlarından biridir. 2016-cı il yanvarın 24-də Bakı ilə Yaponiyanın Komatsu aeroportu arasında ilk müntəzəm karqo reysinin açıldığını xatırladan Z.Axundov həmin reysin ətraf region ilə əlaqələrin qurulmasında mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, məhz həmin reysdən sonra Azərbaycan ilə Yaponiya arasında birbaşa müntəzəm daşımalar həyata keçirilib. Bu, müstəqil Azərbaycanın nəqliyyat əlaqələrinin inkişafında mühüm əhəmiyyətə malik hadisə olmaqla yanaşı, eyni zamanda iki dost ölkə arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhvələr verib. Ötən dövrdə görülmüş işlərə toxunan Z.Axundov birgə layihələr arasında 2017-ci ilin oktyabrında Bakıda keçirilən “Japan Expo-2017” sərgisinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. Bildirib ki, həmin sərginin bütün yükləri məhz “Silk Way West Airlines” şirkəti vasitəsilə Bakıya çatdırılıb. Yaponiyanın keyfiyyətilə seçilən məhsulları həm dövlət strukturları, həm də istehlakçılar tərəfindən yüksək qiymətləndirilib.
Yaponiyada da Azərbaycan məhsullarına böyük marağın olduğunu qeyd edən şirkət prezidenti bildirib ki, “Silk Way West Airlines” keyfiyyəti və təbiiliyi ilə seçilən həmin məhsulları artıq gündoğar ölkəyə çatdırmağa başlayıb. Azərbaycan balı, nar və təbii şirələr, digər meyvə və tərəvəzlər şirkətin təyyarələri vasitəsilə Yaponiyaya gətirilir. Onların yüksək tələbkarlığı ilə seçilən Yaponiya bazarına vaxtında və lazımi səviyyədə çatdırılması üçün bütün qaydalara tam əməl olunur.
“Silk Way Group”un prezidenti əmin olduğunu bildirib ki, Azərbaycan ilə Yaponiya arasında həyata keçiriləcək birbaşa reyslər iki ölkə arasında işgüzar əlaqələrin, investisiya mübadiləsinin, eyni zamanda sərnişin axınının inkişafına da mühüm təsir göstərəcək. Bu isə öz növbəsində hər iki xalqın nümayəndələrinə birbirinin qədim və zəngin mədəniyyətini, adət-ənənələrini dərindən öyrənməyə imkan yaradacaq.
Yaponiya Dövlət Torpaqları, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin nümayəndəsi Takahada Şuci Yaponiya ilə Azərbaycan arasında əməkdaşlğın hazırki səviyyəsinin məmnunluq hissi doğurduğunu vurğulayıb. Yaponiyanın Qafqaz regionunun ən inkişaf etmiş ölkəsi olan Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edən T.Şuci əmin olduğunu bildirib ki, yeni layihə yapon iş adamlarının perspektivli Xəzər regionuna girişini asanlaşdırmaqla yanaşı, iki dövlət arasında əməkdaşlığı və dostluq əlaqələrini daha da möhkəmləndirəcək.
“Silk Way West Airlines” şirkətinin baş direktoru Volfqanq Meyer AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə bildirib ki, Azərbaycan ilə Yaponiya arasında əlaqələr yalnız ticari-iqtisadi deyil, həm də mədəni xarakter daşıyır. V.Mayer deyib: “Fəxr edirəm ki, biz bugünkü uğurun əldə edilməsinə nail ola bildik. Şirkətimiz Azərbaycandan Yaponiyaya uçuşların sayını artırmağı planlaşdırır. Bu, Azərbaycan və Yaponiya əməkdalığının gələcək inkişafına da mühüm təsir göstərəcək. Hazırda şirkətimiz iki ölkə arasında əlaqələrin inkişafında sanki mühərrik rolunu oynayır. Bildiyimə görə, “Azərbaycan Hava Yolları” şirkəti də tezliklə Azərbaycan ilə Yaponiya arasında birbaşa sərnişin daşınmasına başlayacaq. Bütün bu reyslər iki ölkə arasında əlaqələri daha da sürətləndirəcək”.
Tədbirdə ötən dövrdə “Silk Way West Airlines” şirkəti ilə əməkdaşlıqda fərqlənən yapon şirkətlərinə xüsusi mükafatlar təqdim edilib.
Mərasim Azərbaycanın Əməkdar Artisti, tanınmış cazmen Emil Əfrasiyabın və yapon musiqiçilərin ifasında bədii proqramla davam edib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
5 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
-
27 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
59 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















