"Hər ay orta hesabla 5000-dən artıq kart emissiya edirik"
2017-ci il ərzində "ExpressBank"ın kart müştərilərinin sayı 40% artıb.
Bunu "Express Bank"ın Biznesin İnkişafı departamentinin direktoru Yaşar Kərimov bildirib.
O qeyd edib ki, hər ay orta hesabla 5000-dən artıq kart emissiya olunur və bu göstərici günü gündən artmaqdadır:
"Kart müştərilərimizin 81%-ini fizki şəxslərə aid kartlar, 19%-ini əmək haqqı, hüquqi şəxslərə və sahibkarlara məxsus Biznes kartlar təşkil edir".
Yaşar Kərimov bildirib ki,kart müştəriləri sayının artmasının bir neçə bəsit səbəbi var:
"Əvvəla kartlarımız çox sərfəli qiymətlərlə verilir. Məsələn, bu gün istənilən müştəri cəmi 5 AZN ödəməklə 48-ayadək müddətə istifadə edə biləcəyi Expresso kartı sifariş edə bilər. Hətta SMS məlumatlandırma da bu kartda pulsuz təklif olunur, hətta kartda saxladığınız məbləğə isə illik 3%-la faiz hesablanır. Digər bir səbəb - kartlarımızı əldə etmək çox asandır. Expressbank-ın kartını almaq istəyən hər kəs sadəcə www.expressbank.az sayt ünvanımıza daxil olaraq onlayn kart sifariş edə bilər. 3 iş günü ərzində kart hazır olan kimi, müştəri ilə əlaqə saxlanılaraq filiala dəvət olunur. Digər məqam odur ki, debet kartlarımız çox sərfəlidir, konvertasiya 0%, nağdlaşdırma 0% təşkil edir. Bizim müştərilər hətta kartlarına 400 və ya 800 AZN vəsait mədaxil etməklə pulsuz Gold və ya Platinum kartları əldə edirlər. Yeri gəlmişkən, kampaniya 31 yanvaradək davam edəcəyindən hamıya tələsməyi tövsiyə edirəm.
Ən əsası isə odur ki, Expressbank-ın bütün kart sahibləri avtomatik olaraq ExpressClub-un üzvü olurlar. Expressclub müasir, rahat və gəlirli bank xidmətidir. Bu gün Expressbank-ın bütün plastik kart sahibləri ölkədaxili kart vasitəsi ilə POS-terminallar ilə ödəniş edərkən tərəfdaş və digər ticarət/əyləncə mərkəzlərində xərclədikləri vəsaitin 20%-dək hissəsini "cashback" (karta geri) alırlar. ExpressClub hətta tərəfdaş olmayan müəssisələrdə də xərclənən məbləğin 0,3% hissəsini geri qaytarır. Təsəvvür edin ki, bu günədək biz müştərilərimizə 70.000 AZN civarında cashback qaytarmışıq. Biz artan müştəri sorğularına əsasən onların rahatlığı üçün bu il www.expressclub.az səhifəsini də istifadəyə vermişik. Bu müştərilərimizə müxtəlif xidmət sahələri və ərazi üzrə tərəfdaşları daha rahat axtarmağa imkan verir".
© Banco
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 35 d. əvvəl
-
42 d. əvvəl
Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
-
-
49 d. əvvəl
“Azərbaycan Biznesinin İnkişafı Fondu”nun Müşahidə Şurasının tərkibi təsdiq olundu
-
56 d. əvvəl
Azercell növbəti dəfə keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yenilədi
-
1 saat əvvəl
Azərbaycanın tədiyyə blansının saldosunda 1 milyard 125 milyon dollarlıq kəsir
-
1 saat əvvəl
Daha 18 şəxsə “Startap” şəhadətnaməsi verildi - 3 İL VERGİLƏRDƏN AZADDIRLAR
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
DTX Balakənin sabiq icra başçısının həbsi ilə bağlı məlumat yaydı - VİDEO
-
3 saat əvvəl
Yeni il ərəfəsində VTB Azərbaycan ilin sonuna qədər nağd kreditlər üzrə faiz dərəcələrini endirdi!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Sahil Babayev iclas keçirdi
Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
Qızılın qiyməti tarixi maksimum səviyyəyə yaxınlaşıb
Dekabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb
Ən çox oxunanlar
“ABB-Qarabağ” kobrend kartı buraxılır!
Yeni il ərəfəsində VTB Azərbaycan ilin sonuna qədər nağd kreditlər üzrə faiz dərəcələrini endirdi!
































