"VTB Bank Azərbaycan" ehtiyatının hesabına mənfəətə çıxıb
"VTB Bank Azərbaycan" ASC 2017-ci ilin yekunu üzrə maliyyə göstəricilərini açıqlayıb.
"Marja" xəbər verir ki, Bank ötən ili 4 milyon 753 min manat xalis mənfəətlə başa vurub. Lakin bu mənfəət biznesin inkişafından qaynaqlanmayıb.
Ötən il Bankın cəmi faiz və qeyri-faiz gəlirləri 22 milyon 248 min manat, cəmi faiz və qeyri-faiz xərcləri isə 54 milyon 800 min manat təşkil edib. Nəticədə Bankın 32 milyon 552 min manat əməliyyat zərəri yaranıb. Lakin Bank, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatdan 39 milyon 919 min manat mənfəətə əlavə etdiyindən Bankın əməliyyat zərəri bağlanıb və 7 milyon 367 min manat mənfəəti yaranıb. Bu mənfəətdən də 2 milyon 614 min manat mənfəət vergisi ödəbilib. Nəticədə Bank 4 milyon 753 min manat xalis mənfəət əldə edib.
Qeyd edək ki, "VTB Bank Azərbaycan"da ehtiyatın 39 milyon 919 min manatının azad olması, bankda gecikmədə olan kreditlərin bir hissəsinin geri ödəndiyinə işarədir.
"VTB Bank Azərbaycan" 2016-cı ili 2 milyon 624 min manat zərər ilə bağlamışdı.
KAPİTALI BÖYÜK MƏBLƏĞDƏ ARTIRILACAQ
Xəbər verdiyimiz kimi, Rusiya Bankı VTB, Bank VTB (Azərbaycan)-ın kapitalının 265 milyon manat məbləğində artırımağı planlaşıdrır.
Bank VTB (Azərbaycan) ASC-nin səhmlərin payı aşağıdakı kımidir:
Bank VTB (PSC) – 51%
Bank VTB24 (PSC) – 48,9999 %
Fiziki şəxs – 0,0001%.
Hazırda Bankın nizamnamə kapitalı 50 815 000 ( əlli milyon səkkiz yüz on beş min) manat olmaqla, hər birinin nominal dəyəri 0.2 (sıfır tam onda iki) manat olan, 254 075 000 (iki yüz əlli dörd milyon yetmiş beş min) adlı, sənədsiz, adi səhmdən ibarətdir.
Kapitalın artırılmasından sonra "Bank VTB Azərbaycan"ın nizamnamə kapitalı 315 milyon manatı keçəcəkdir.
Mənfəət və zərər hesabatı 2017
| İlin əvvəlindən hesabat tarixinə qədər |
Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi | 12 448,10 |
Faizlər və onlara bağlı xərclər, cəmi | 29 682,10 |
Xalis faiz mənfəəti (zərəri) | - 17 234,00 |
Qeyri-faiz gəlirləri, cəmi | 9 799,97 |
Qeyri-faiz xərcləri, cəmi | 25 117,90 |
Xalis əməliyyat mənfəəti (zərəri) | - 32 551,93 |
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) | - 39 919,23 |
Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək xalis mənfəət (zərər) | 7 367,30 |
Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən mənfəət (zərər), cəmi |
|
Vergilər ödənilənədək xalis mənfəət (zərər) | 7 367,30 |
Mənfəətdən ödənilən vergilər | 2 614,21 |
Vergilər ödənildikdən sonra xalis mənfəət (zərər) | 4 753,09 |
AKTİVLƏR | |
| IV RUB 2017 |
Nağd vəsaitlər | 6 171,29 |
Nostro hesablar (Mərkəzi Bank və digər banklardakı müxbir hesablar) | 69 573,60 |
Banklara verilmiş kreditlər | - |
Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər, cəmi | - |
Qiymətli kağızlara investisiyalar |
|
Kredit portfeli (müştərilərə verilmiş kreditlər - məqsədli ehtiyatlar çıxılmaqla) | 281 176,40 |
Amortizasiya çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər | 1 113,48 |
Bank işində istifadə olunmayan əsas vəsaitlər, cəmi |
|
Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər | 1 764,44 |
Digər aktivlər | 37 411,87 |
CƏMİ AKTİVLƏR | 397 211,09 |
ÖHDƏLİKLƏR | |
Depozitlər | 47 094,11 |
AMB-nın banka qarşı tələbləri, cəmi | 30 000,00 |
Digər bankların tələbləri (“Loro" hesabları), cəmi | 478,37 |
Banklar və digər maliyyə institutlarının kreditləri | 131 267,55 |
Bankların depozitləri | 137 289,66 |
Digər maliyyə müəssisələrinin (banklardan başqa) depozitləri, cəmi | 5 760,13 |
Mərkəzi və bələdiyyə idarəetmə orqanlarının depozitləri və kreditləri |
|
Bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri (müddətli imtiyazlı səhmlər də daxil olmaqla) |
|
Digər passivlər | 5 204,10 |
CƏMİ ÖHDƏLİKLƏR | 357 093,92 |
KAPİTAL | |
Xüsusi kapital, cəmi | 39 695,86 |
a) dövriyyədə olan adi səhmlər | 50 815,00 |
b) dövriyyədə olan müddətsiz imtiyazlı səhmlər (nominal və bazar qiymətləri arasındakı fərq daxil olmaqla) |
|
c) adi səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq |
|
d) bölüşdürüməmiş xalis mənfəət (zərər), cəmi | - 11 119,14 |
Ümumi ehtiyatlar, cəmi | 421,31 |
Cəmi kapital | 40 117,17 |
CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL | 397 211,09 |
| IV rüb 2017 |
|
|
I dərəcəli kapital : | 34 942,77 |
Adi səhmlər | 50 815,00 |
Keçmiş illərin mənfəət/zərəri | - 15 872,23 |
Cari ilin zərəri | - |
I dərəcəli kapitaldan tutulmalar | 1 764,44 |
Tutulmalardan sonra I dərəcəli kapital | 33 178,33 |
II dərəcəli kapital : |
|
Ümumi ehtiyatlar | 421,31 |
Cari ilin mənfəət | 4 753,09 |
Kapitalın digər vəsaitələri | 11 744,60 |
II dərəcəli kapitalın cəmi | 16 919,00 |
Məcmu kapital | 50 097,33 |
Risk dərəcəsi üzrə ölçülmuş aktivlər | 86 698,34 |
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
TREVA Real Estate ölkədə ilk dəfə daşınmaz əmlak brokerləri üçün ixtisaslaşdırılmış tədbir keçirdi
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
ABB İnvest ilə gələcəyə investisiya: UNEC tələbələri üçün təcrübə və karyera fürsətləri!
-
2 gün əvvəl
Meyvə bağlarının aqrar sığortası dövrü başlayır – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Oktyabrın 26-da gözlənilən hava şəraiti
TREVA Real Estate ölkədə ilk dəfə daşınmaz əmlak brokerləri üçün ixtisaslaşdırılmış tədbir keçirdi
Azərbaycan neftinin son qiyməti
AzVak-da yeni vakansiyalar
Bakcell-in meqa lotereyasında 3-cü avtomobil uduldu!
Meyvə bağlarının aqrar sığortası dövrü başlayır – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Intel-in gəliri 3-cü rübdə artıb
Ən çox oxunanlar
ABŞ-ın sentyabr ayı inflyasiya rəqəmləri açıqlanıb
Metrologiya İnstitutunun rəhbərliyinə təyinat olub
Dolların bazar erətsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət Agentliyinə rəisi təyin edildi, ona “general-mayor” ali hərbi rütbəsi verildi
Bakıdaki ilk inklüziv “Kashalata” kafesi fəaliyyətini davam etdirir!
m10 və Binance Azərbaycanda birbaşa kripto-fiat əməliyyatlarını davam etdirir - BİRGƏ AÇIQLAMA










.jpg)





.jpg)


.jpg)


