Elektron ticarətin vergiyə cəlb olunması - TƏFƏRRÜATLAR
2017-ci il yanvarın 1-dən Azərbaycanın vergi qanunvericiliyinə elektron ticarətin vergiyə cəlb olunmasını da nəzərdə tutan yeni dəyişikliklər qüvvəyə minib.
Bununla bağlı Vergilər Nazirliyindən sualları cavablandırıblar:
- E-ticarətdə vergitutma üzrə mexanizm hansı mərhələlər üzrə həyata keçiriləcək?
- Vergi Məcəlləsinin 1 yanvar 2017-ci il tarixdən qüvvəyə minən elektron ticarətin vergiyə cəlb olunması mexanizmi barədə nazirlik tərəfindən banklara müvafiq izahatlar verilib və onlarla görüşlər təşkil edilib. Qəbul edilmiş qanunda bu proseslərin mərhələlərlə tətbiqi nəzərdə tutulmayıb.
- ƏDV tutulan xidmətlər necə təyin olunacaq? Məsələn, "Uber" taksi xidmətindən istifadə edənlərdən bank xidmət haqqı ilə birlikdə ƏDV də tutur. Bu nə dərəcədə düzgündür? Bu başqa taksi xidmətlərinə də aid ediləcəkmi?
- "Uber" taksi xidmətinin alıcıları və taksi xidmətini göstərən şəxslər Azərbaycan ərazisində yerləşdiyi üçün həmin xidmətlərə görə qeyri-rezidentə köçürülən tam məbləğə 18 faiz dərəcə ilə ƏDV hesablanmaqla alıcının hesabından tutulur və dövlət büdcəsinə ödənilir. Taksi xidmətini göstərən rezident şəxslərin (sahibkarların) hesabına ödənilən məbləğdən ödəmə mənbəyində verginin tutulması Vergi Məcəlləsində nəzərdə tutulmur.
- ƏDV tətbiq ediləcək xidmətlərin siyahısı hazırdırmı?
- Qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə Azərbaycanın hüdudlarından kənarda birbaşa göstərilən xidmətlər istisna olmaqla, elektron ticarət qaydasında göstərilən xidmətlərdən ödəməni həyata keçirən bank tərəfindən ƏDV hesablanır və alıcının vəsaiti hesabına tutulmaqla dövlət büdcəsinə ödənilir.
- Elektron malların (kitabların, musiqinin, kompyutar oyunlarının, müxtəlif proqramların) alqı-satqısında ƏDV tutulacaqmı?
- İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi qeyri-rezidentin göstərdiyi iş və xidmət hesab edilməklə ƏDV-yə cəlb edilir.
- Vergi ödəyiciləri öz şəxsi hesablarından tutulacaq vergi ilə bağlı məlumat ala biləcəklərmi? Bu necə nizamlanacaq?
- Vergi orqanlarında uçotda olmayan şəxslər öz şəxsi bank hesablarından elektron ticarət qaydasında apardıqları əməliyyatlar üzrə banklar tərəfindən tutulmuş vergilər barədə məlumat əldə etmək üçün onlara xidmət göstərən banklara müraciət edə və ya bankların təqdim etdiyi elektron xidmətlərdən istifadə edə bilərlər.
- Qeyri-rezidentlərin onlayn qaydada göstərdikləri məsafədən (distant) təhsil xidmətlərinə görə ƏDV tutulacaqmı?
- Qeyri-rezident tərəfindən onlayn qaydada təhsil xidmətlərinin (distant təhsil, onlayn kurslar, məşğələlər və s.) göstərilməsi zamanı xidməti alan şəxslərin Azərbaycanın hüdudlarını tərk etmədiyini, həmin xidmətlərin göstərilməsi yerinin xidmətlərin faktiki göstərildiyi yerlə müəyyən olunduğunu və xidmətlərin kompüter, internet və digər elektron şəbəkələr vasitəsi ilə göstərildiyini nəzərə alaraq ƏDV-nin məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer Azərbaycanın ərazisi hesab edilir. Buna əsasən ölkə hüdudlarından kənarda onlayn qaydada göstərilən təhsil xidmətlərinə görə qeyri-rezidentə ödəniş aparılarkən bank alıcının vəsaiti hesabına ƏDV-ni hesablayır və dövlət büdcəsinə ödəyir.
- Onlayn-bankinq xidmətləri vergi ödənilməsinə cəlb ediləcəkmi?
- Vergi Məcəlləsinin 1 yanvar 2017-ci il tarixdən qüvvəyə minən elektron ticarət qaydasında təqdim edilən işlərə və xidmətlərə görə ödəmə aparılan zaman verginin hesablanması ilə bağlı müddəaları qeyri-rezidentlərin təqdim etdikləri işlər və xidmətlər üzrə əməliyyatlara münasibətdə tətbiq edilir. Rezident şəxslərin onlayn qaydada göstərdikləri xidmətlərə, o cümlədən bankların göstərdiyi onlayn-bankinq xidmətlərinə görə rezident şəxslərə ödənilən xidmət haqlarına görə müştərinin hesabından vergi tutulmur. Rezident şəxslər elektron ticarət qaydasında göstərdikləri işlərə və xidmətlərə görə əldə etdikləri gəlirlərindən vergi öhdəliklərini tətbiq etdikləri vergitutma sistemindən asılı olaraq müstəqil surətdə hesablayır və dövlət büdcəsinə ödəyir.
Bunlarla yanaşı, qeyri-rezident bankların onlayn bankinq xidmətləri üzrə vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən ödəmələr aparılarkən rezident banklar və poçt rabitəsinin milli operatoru tərəfindən 18 faiz dərəcə ilə alıcının vəsaiti hesabına ƏDV-ni hesablayır və dövlət büdcəsinə ödəyir.
© Trend
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
1 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
1 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
5 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 11 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
























