Cəriməsi olanların kredit alması çətinləşəcək
Azərbaycanda məsuliyyətli kreditləşmənin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bu ayın əvvəlindən “Azərbaycan Kredit Bürosu”nun fəaliyyətə başlaması həyata keçirilən tədbirlərdən biridir.
“Marja”nın məlumatına görə, Büro borcalanların maliyyə intizamı barədə məlumatları müxtəlif mənbələrdən toplayaraq, ilkin mərhələdə sorğuları əsasında banklara, bank olmayan kredit təşkilatlarına və lizinq şirkətlərinə təqdim edəcəkdir. Banklar da müştərilərinə kredit verən zaman bu məlumatlardan istifadə edəcəklər.
TEZ-TEZ CƏRİMƏLƏNƏN, BORCLARINI ÖDƏMƏYƏN MƏSULİYYƏTSİZDİR
Mühüm yeniliklərdən biri budur ki, yol-hərəkəti qaydalarının pozulmasına görə yazılmış cərimlər daxil, digər cərimələri ödəməyənlərin kredit tarixçəsi pisləşəcəkdir. Tez-tez cərimələnən, üstəlik cərimələri vaxtında ödəməyənlər məsuliyyətli müştəri hesab edilə bilməz. Belə müştərilərə kredit daha yüksək faizlə veriləcək və ya ya kreditin verilməsindən imtina olunacaqdır.
Həmçinin barəsində məhkəmə qərarları olanların, müqavilə ilə aldığı malın və ya xidmətin pulunu vaxtında ödəməyənlərin də kredit tarixçəsi pisləşəcəkdir.
Bundan başqa, böro vətəndaşların işıq, qaz, su, mobil və stasionar telefon ödənişləri üzrə məlumatları da toplayacaqdır. Bu xidmətlər üzrə də borclarını vaxtında ödəməyənlər də riskli müştəri qrupuna daxil ediləcəkdir.
VƏTƏNDAŞIN MALİYYƏ PASPORTU OLACAQ
“Azərbaycan Kredit Bürosu” MMC-nin direktoru Elçin Həbibov “Marja”ya bildirdi ki, büro borcalanların kredit tarixçəsi barədə məlumatları banklar və bank olmayan kredit təşkilatları ilə bərabər, daha geniş mənbələrdən - lizinq şirkətlərindən, kommunal xidmət göstərən müəssisələrdən, mobil telefon operatorlarından, nisyə mal-alqısatqısı aparan biznes subyektlərindən toplayacaqdır:
“Həmçinin borcalanlar ilə əlaqəli məhkəmə və icra orqanlarının qərarları, notariat orqanlarında qeydə alınan borc müqavilələri, cərimələr haqqında informasiyaların da Elektron hökumət portalı vasitəsilə Böroya ötürülməsi nəzərdə tutulub. Müxtəlif mənbələrdən toplanan məlumatlar əsasında borcalanın maliyyə pasportu formalaşdırılacaqdır. Bu pasport də sorğular əsasında istifadəçilərə, məsələn banklara təqdim olunacaqdır. İstifadəçilər də məlumatlar ilə tanış olaraq müştərisini daha yaxından tanıyacaqdır”.
Qısası, gələcəkdə daha ucuz və asan kredit ala bilmək üçün bu gündən bütün borclarınızı vaxtında ödəməyə çalışın.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
1 d. əvvəl
"Air China" Pekin–Pxenyan reyslərini altı ildən sonra bərpa edib
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
-
2 saat əvvəl
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: “İranın neft resurslarını və Xərq adasını ələ keçirmək istəyirəm”
-
2 saat əvvəl
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
-
1 gün əvvəl
Leysan yağışları evlərə ciddi zərər vurub. Əhali necə tədbir almalı idi?
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İran müharibəsi restoranlara da mənfi təsir göstərir
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Hörmüzdə başlayan neft şoku Qərbə doğru yayılır
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
Ən çox oxunanlar
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
Martın 28-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır

























