Kredit faizlərinin aşağı salınması üzrə mühüm addım - MAYA DƏYƏRİ AZALACAQ

Ötən cümə günü “Azərbaycan Kredit Bürosu” MMC-nin fəaliyyətə başlaması münasibətilə mətbuat konfransı keçirildi.
Mətbuat konfransında Maliyyə Bazarlarına Nəzarət Palatasında Baş icraçı direktorun müavini Asim Zülfüqarov, Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev, “Azərbaycan Kredit Bürosu” MMC-nin direktoru Elçin Həbibov, İqtisadi İslahatların Təklili və Kommunikasiya Mərkəzində departament rəhbəri Ayaz Çaparlı çıxış etdilər.
“BANKLARIN BORCALAN BARƏDƏ DAHA GENİŞ VƏ DOĞRU MƏLUMATLARA EHTİYACI VAR”
“Marja”nın məlumatına görə, Maliyyə Bazarlarına Nəzarət Palatasında Baş icraçı direktorun müavini Asim Zülfüqarov bildirib ki, ilk özəl kredit bürosu olan “Azərbaycan Kredit Bürosu”nun fəaliyyətə başlaması maliyyə intizamının güclənməsinə və nəticədə ölkədə maliyyə dayanıqlığının artmasına gətirib çıxardacaqdır:
“13 ildir ölkəmizdə Mərkəzləşdirilmiş Kredit Reyestri məlumatları banklara təqdim edirdi. Artıq daha dolğun, daha səmərəli və operativ məlumat mübadiləsinin aparılması günün tələbidir. Kredit verən təşkilatlara borcalanlar haqqında geniş və doğru məlumatların təqdim edilməsinə ehtiyac var. Belə olan halda kredit riskləri azalacaqdır".
“Azərbaycan Kredit Bürosu” MMC-nin direktoru Elçin Həbibov bildirdi ki, kredit bürosu borcalanların maliyyə öhdəlikləri barədə məlumatları toplayan, onun risk təhlilini aparan və sorğu əsasında istifadəçilərə təqdim edən kommersiya hüquqi şəxsdir. Kredit bürosunun fəaliyyəti zamanı kredit qərarları operativ verilir, risklərin azaldılmasına nail olunur və eyni zamanda biznes subyektlərinin kreditə çıxışı yaxşılaşır.
“Kredit bürosunun fəaliyyəti ilə bağlı qanunvericilik artıq formalaşdırılmışdır. Büronun fəaliyyətə başlaması üçün tələb olunan lisenziyalar alınıb. Hal-hazılrda şirkətin mərkəzi ofisinin formalaşdırılması, texniki platformanın qurulması, banklar və bank olmayan kredit təşkilatları ilə ikitərəfli müqavilələrin bağlanması işləri görülür. Müvafiq proseslər başa çatdıqdan sonra kredit bürosu kredit hesabatlarının təqdim edilməsi prosesinə başlamağı planlaşdırır”.
DAHA GENİŞ MƏNBƏLƏRDƏN MƏLUMATLAR TOPLANACAQ
Elçin Həbibov bildirdi ki, büro borcalanların kredit tarixçəsi barədə məlumatları banklar və bank olmayan kredit təşkilatları ilə bərabər, daha geniş mənbələrdən - lizinq şirkətlərindən, kommunal xidmət göstərən müəssisələrdən, mobil telefon operatorlarından, nisyə mal alqı-satqısı aparan biznes subyektlərindən toplayacaqdır:
“Həmçinin borcalanlar ilə əlaqəli məhkəmə və icra orqanlarının qərarları, natorial orqanlarında qeydə alınan borc müqavilələri və cərimələr haqqında informasiyaların da Elektron hökumət portalı vasitəsilə Büroya ötürülməsi nəzərdə tutulub. Müxtəlif mənbələrdən toplanan məlumatlar əsasında borcalanın maliyyə pasportu formalaşdırılacaqdır. Bu pasport da sorğular əsasında istifadəçilərə, məsələn banklara təqdim olunacaqdır. İstifadəçilər də məlumatlara baxaraq müştərisini daha yaxından tanıyacaqdır”.
“KREDİT FAİZLƏRİNİ AZALDACAĞINI DÜŞÜNÜRÜK”
Büronun direktoru qeyd etdi ki, ölkədə kredit bürosu texnologiyasının tətbiqi məlumat assimetriyasını minimallaşdıracaq, kreditorlar tərəfindən risklərin daha yaxşı idarə edilməsinə imkan verəcəkdir:
“Büronun rəqəmsal xidmətləri borcverən təşkilatlara “müştərini tanı” prinsipini tətbiq etməyə imkan verəcəkdir. Geniş və dolğun məlumatlar əsasında aparılmış təhlil kredit risklərinin azalmasına, əməliyyat xərclərinə qənaətə və nəticədə də kreditlərin maya dəyərinin azalmasına təsir edəcəkdir. Borcalanların maliyyə intizamının daha müasir alətlər ilə qiymətləndirilməsi, kredit müraciətlərinin qısa müddətdə və daha detallı rəqəmsal təhlilinin həyata keçirilməsini mümkün edəcəkdir. Eyni zamanda, xərclərin azalmasının kreditlər üzrə faiz dərəcələrinin azaldılması istiqamətində mühüm addımlardan biri olacağını düşünürük”.
YÜKSƏK REYTİNQİ OLAN DAHA UCUZ KREDİT ALA BİLƏCƏKDİR
Elçin Həbibov əlavə etdi ki, kredit börosu təhlil əsasında müxtəlif xidmətlər təqdim edəcək, o cümlədən borcalanlara fərdi reytinqlərin verilməsi də nəzərdə tutulur:
“Rəqəmsal xidmətlərin genişlənməsi, habelə skorinq sistemlərinin tətbiqi sayəsində vətəndaşın kreditə çıxış imkanı əhəmiyyətli dərəcədə yaxşılaşacaqdır. Daha yüksək kredit reytinqinə malik olan vətəndaşlar daha ucuz borc ala biləcəklər. Kredit bürosunun fəaliyyətə başlaması insanları maliyyə intizamına stimullaşdıracaqdır”.
Elçin Həbibov çıxışında bildirdi ki, kredit börosunun fəaliyyəti nəticəsində şirkətlər öz mal və xidmətlərini daha az risklə hissə-hissə ödənişlə satmaq imkanı qazanacaqlar.
İndiyədək banklar və bank olmayan kredit təşkilatları kredit məlumatları mübadiləsi sistemində iştirak edirdilərsə, artıq digər bazar subyektləri də bu prosresin aktiv iştirakçıları olacaqdır. Büronun fəaliyyətə başlaması ilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin də maliyyə vəsaitlərinə çıxışı yaxşılaşacaqdır.
BANKLAR SÜRƏTLƏ QƏRAR VERƏ BİLƏCƏKLƏR
Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev də bildirdi ki, vətəndaşlar barədə məlumatların vahid bazada toplanması, emal olunması və banklara hazır şəkildə təqdim olunması kredit qərarlarının verilməsini sürətləndirəcəkdir:
"Kredit verilən zaman məlumatların müştərinin özündən toplanması, emalı çox vaxt alır və kreditin maya dəyərini yüksəldir. Kredit bürosu isə bu baxımdan banklara kömək edəcəkdir. Müştəri müraciət edən zaman, bankın əməkdaşı büronun məlumatı əsasında ona hansı məbləğdə kredit ayıra biləcəyi və ya imtina edəcəyi barədə qısa müddətdə qərar verə biləcəkdir. Biz büronun fəaliyyətə başlamasının xüsusilə fiziki şəxslərə verilən kreditlərin artmasına səbəb olacağını gözləyirik. 2017-ci ildə təxminən 5 milyard manatlıq yeni kredit verilib. Hədəfimiz 2018-ci ildə bu həcmi daha da yüksəltməkdir”.
Zakir Nuriyev əlavə etdi ki, vətəndaşlar il ərzində 2 dəfə kredit börosundan özləri haqqında ödənişsiz məlumat ala bilərlər.
“AZƏRBAYCANIN REYTİNQLƏRİNƏ MÜSBƏT TƏSİR EDİR”
İqtisadi İslahatların Təklili və Kommunikasiya Mərkəzidə departament rəhbəri Ayaz Çaparlı bildirdi ki, kredit bürosunun yaradılması Azərbaycanın beynəlxalq reytinqlərindəki mövqeyinə də müsbət təsir göstərəcəkdir:
“Kredit bürosunun yaradılması ölkədə aparılan kompleks islahatların tərkib hissəsidir. Ölkədə aparılan bu cür islahatlar Azərbaycanın beynəlxalq reytinqlərdə mövqelərinin gücləndirilməsini təmin edir”.
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 11 saat əvvəl
-
1 gün əvvəl
Göygölün avtomobil yolunun əsaslı təmiri üçün pul ayrıldı - SƏRƏNCAM
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
-
2 gün əvvəl
“PAŞA Holding” Bakıda keçirilən dünya finalının "Platin" sponsoru olub - FOTOLAR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq
- 2 gün əvvəl
Son Xəbərlər

"Bir fermer köhnə fermasını söküb yerində modern ferma qura bilmir. Yerli icra hakimiyyətləri imkan vermir"

OpenAI, LinkedIn-ə rəqib olacaq platforma yaradır

Neft ucuzlaşmaqda davam edir


Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Zəif ABŞ göstəricilərindən sonra qızılda yeni rekord

Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq

ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı

Avrozonada iqtisadi artım zəifləyib

"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
