“AGBank”a yeni investor cəlb edilə bilər
“AGBank” ASC-nin nizamnamə kapitalının 7 milyon manat artırılması Banka əlavə vəsait qoyuluşu ilə həyata keçiriləcək. Başqa sözlə, kredit təşkilatının öhdəliklərinin 1-ci dərəcəli kapitala çevrilməsi gözlənilmir.
Bu barədə “AGBank”dan bildirilib.
Məlumatda həmçinin deyilir ki, kapital artımı üçün hər birinin nominal dəyəri 2 manat olan 3,5 mln. ədəd yeni səhm kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında yerləşdiriləcək. Bununla belə, səhmlərin emissiya edilməsi prosesində mövcud səhmdarlara üstünlük hüququ tanınacaq. Əgər bütün səhmlər satılmazsa, Banka yeni səhmdar cəlb edilə, yəni səhmlər kənar investora satıla bilər.
Yeni səhm emissiyasından sonra bankın nizamnamə kapitalı 109,2 milyon manat qədər yüksələcəkdir. 2018-ci ilin sonuna qədər isə bankın nizamnamə kapitalının 125 milyon manata qədər artırılması gözlənilir.
Xatırladaq ki, "AGBank" 1992-ci ildə "Azəriqazbank" adı ilə fəaliyyətə başlayıb, 2012-ci ildə rebrendinq edib. Hazırda onun nizamnamə kapitalı 102,2 mln. manatdır. Bankın səhmlərinin 33,57%-i onun Müşahidə Şurasının (MŞ) sədri Çingiz Əsədullayevə, 4,28%-i Beynəlxalq Maliyyə Korporasiyasına (IFC), 2,45%-i “Kazimir Partners” şirkətinə, 5,79%-i Fərzulla Yusufova (MŞ-nın üzvü), 8,3%-i Marçenko Qriqoriyə (Qazaxıstan Mərkəzi Bankının keçmiş sədri, MŞ-nın üzvü), 45,61%-i isə 78 minoritar səhmdara məxsusdur.
Məlumat üçün bildirək ki, bankın səhmdarlarının 4 mart 2016-cı il tarixli növbədənkənar ümumi yığıncağında bankın nizamnamə kapitalı 77,2 mln. manat artırılaraq 102,2 mln. manata çatdırılmışdı. Lakin Bank ötən iki il ərzində böyük məbləğlərdə zərərlər etdiyindən məcmu kapital minimum tələb olan 50 milyon manatdan aşağı düşmüşdür. Qanunvericiliyə görə, məcmu kapitalı 50 milyon manatdan aşağı olan bankın lisenziyası ləğv edilə bilər.
"AGBank” 2016-cı ildə 35 milyon 630 min manat zərər etməsinin ardından, 2017-ci ildə də 6 milyon 688 min manat zərər edib. Nəticədə “AgBank”ın yığılmış cəmi zərəri 67 milyon 178 min manata qalxıb. Yığılmış zərər Bankın 102 milyon 200 min manatlıq nizamnamə kapitalının böyük hissəsini silib. Bankın xüsusi kapitalı 41 milyon 881 min manata, cəmi balans kapitalı isə 47 milyon 174 min manata düşüb. Nizamnamə kapitalının 7 milyon manat artırılmasından sonra Bankın məcmu kapitalı 50 milyon manatı üstələyəcəkdir.
© Report, Marja
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 d. əvvəl
Prezident “Taşobası” şirkətinin pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
- 22 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
30 d. əvvəl
Futbol və əyləncə bir arada – “CityNet TV”dən “Digiturk” paketinə xüsusi endirim!
-
39 d. əvvəl
İlham Əliyev Sabirabadda - aqrokimyəvi vasitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"1 trilyon dollarlıq kompensasiya paketi təsdiqlənməsə Elon Musk Tesla-dan ayrıla bilər"
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Prezident “Azera Toxumçuluq” şirkətinin müəssisəsində oldu
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Azərbaycan neftinin son qiyməti
"1 trilyon dollarlıq kompensasiya paketi təsdiqlənməsə Elon Musk Tesla-dan ayrıla bilər"
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Amazon 30 minədək iş yerini ixtisar etməyi planlaşdırır
Qızılın qiyməti 4 min dollardan da aşağı düşdü
49 və 515 nömrəli avtobus marşrutları müsabiqəyə çıxarıldı
Azərbaycan Dəmir Yollar və Çinin Sian limanı anlaşdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























.jpg)





