Dörd ölkədən "İpək Yolu" layihəsinə qarşı əməkdaşlıq
Çinin "Müasir İpək yolu" olaraq görülən 1 trilyon dollarlıq "Bir kəmər və Bir yol" layihəsinə qarşı, dörd ölkənin alternativ bir yol üçün danışıqlar apardığı bildirilir.
"Marja" xəbər verir ki, "Australian Financial Review" qəzetinin xəbərinə görə, ABŞ, Yaponiya, Hindistan və Avstraliyanın "Bir kəmər və Bir yol"a alternativ bir marşrut üçün güclərini birləşdirəcəyi qeyd olunub.
Xəbərdə, ABŞ Prezidenti Donald Trumpın bu həftə Avstraliyanın Baş naziri Malkolm Turnbullla keçirəcəyi görüşdə məsələnin gündəmə gələcəyi qeyd edilib.
Dörd ölkənin, Çinin artan təsirinə qarşı necə bir addım atıla biləcəyi məsələsində danışıqlar apardığı qeyd edilərkən, ABŞ-lı bir mənbə alternativ marşrut planının hələ ideya mərhələsində olduğunu deyib.
"Hindustan Times" qəzetinin xəbərinə görə isə, ABŞ və Hindistan arasında Çinə qarşı alternativ yol axtarışı ötən ildən bu yana davam edir. ABŞ tərəfdaşları Yaponiya, Hindistan və Avstraliya ilə danışıqları sürətləndirib. Dörd ölkə liderlərinin noyabr ayında Manilada keçirilmiş ASEAN Sammitində Çinin artan gücünə qarşı görüləcək tədbirləri müzakirə ediblər.
"BİR KƏMƏR, BİR YOL" LAYİHƏSİNDƏ AZƏRBAYCAN DA VAR
Çinin 1 trilyon dollarlıq "Bir kəmər və Bir yol" layihəsi, Asiyadan Yaxın Şərqə, Avropaya, Afrikaya uzanacaq bir ticarət şəbəkəsi qurulmasını nəzərdə tutur. 65 ölkə, dünya əhalisinin 60%-ni və qlobal Ümumi Daxili Məhsulun üçdə birini əhatə etməsi planlaşdırılan bu yolun üstündə Bakı-Tiflis- Qars dəmir yolu da yer alır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
12 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib






















