"KOS-ların aktivləri daşınar əmlaklardır, banklar isə daşınmaz əmlak tələb edirlər"
Kiçik və orta müəssisələrin aktivlərinin böyük hissəsi daşınar əmlakdan ibarət olsa da, Azərbaycanda sistem olmadığından, şirkətlər bu əmlakları yüklü edərək vəsait cəlb edə bilmirdilər".
"Marja" xəbər verir ki bunu, "daşınar əmlakın yüklülüyünün dövlət reyestri"nin təqdimatında Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov bildirib.
"Banklar girov məsələsində daha çox daşınmaz əmlaka üstünlük verirlər. Bunun səbəbləri daşınmaz əmlakın reyestrinin mövcud olmsa, daşınmaz əmlakın yerinin dəyişdirilə bilinməməsi və digər səbəblərdir. Təəssüf ki, bugünədək Azərbaycanda daşınar əmlakın yüklü edilməsi üçün sistem olmayıb"
Palatanın icraçı diektoru qeyd edib ki, Dünya Bankının məlumatına görə, Azərbaycanda KOS subyektlərinin aktivlərinin cəmi 22 faizini torpaq və daşınmaz əmlak, 34 faizini debitor borclar, 44 faizini isə maşın və avadanlıqlar təşkil edir. Kreditorların qəbul etdiyi girovların isə 73 faizi torpaq və daşınmaz əmlak, cəmi 27 faizi isə daşınar əmlakdır.
"Azərbaycan bankları girov kimi daşınmaz əmlaka üstünlük verir ki, bu da sahibkarlar üçün ciddi məhdudiyyət yaradır və onların əksəriyyəti bankın maliyyələşmə tələblərinə cavab verə bilmirlər. KOS subyektlərinin əksəriyyəti daşınmaz əmlakın, məsələn, torpaq girovunun olmaması səbəbindən ənənəvi təminatlı kreditlər üçün müraciət etməyə maraq göstərmir, yaxud müraciət edə bilmir".
Qanunvericiliklə həm daşınar, həm də daşınmaz əmlak üzərində təminat hüququnun yaradılmasına icazə verilməsinə baxmayaraq, praktikada banklar nəqliyyat vasitələri və qiymətli kağızlar istisna olmaqla, çox nadir hallarda daşınar əmlakla təmin edilmiş kreditlər ayırırlar.
"Azərbaycandakı KOS subyektləri arasında aparılmış sorğunun nəticələri göstərir ki, KOS subyektləri daha aşağı yüklülük tələbi olan və daha asan müraciət prosedurları tələb edən kreditlər üçün müraciət etməyə üstünlük verirlər. KOS subyektləri arasında kreditə müraciət etməmələrinin səbəbləri ilə bağlı aparılmış sorğularda əsasən iki amil – müraciət prosedurlarının mürəkkəbliyi və yüklülük tələblərinin yüksək olması qeyd edilmişdir".
İbrahim Alışov bildirib ki, reyestr KOS subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını yaxşılaşdırmaq və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə yaradılmışdır: "Reyestr maliyyə qurumlarını KOS subyektlərinin daşınar aktivləri barədə mərkəzləşdirilmiş şəffaf məlumatlarla təmin edir və bununla da, banklar təminat predmeti kimi təqdim edilmiş əmlakın başqa bir yerdə yüklü olub-olmadığı haqda məlumat əldə edir. Reyestr habelə banklara təkrar satış bazarı olan daha yaxşı təminat predmetlərini seçmək imkanı verir. Bundan başqa, reyestr banklara iflas vəziyyətində olan sahibkarlıq subyektinin qoyduğu təminat predmetini daha asanlıqla satmaq imkanı yaradır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
TREVA Real Estate ölkədə ilk dəfə daşınmaz əmlak brokerləri üçün ixtisaslaşdırılmış tədbir keçirdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
ABB İnvest ilə gələcəyə investisiya: UNEC tələbələri üçün təcrübə və karyera fürsətləri!
-
2 gün əvvəl
Meyvə bağlarının aqrar sığortası dövrü başlayır – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Oktyabrın 26-da gözlənilən hava şəraiti
TREVA Real Estate ölkədə ilk dəfə daşınmaz əmlak brokerləri üçün ixtisaslaşdırılmış tədbir keçirdi
Azərbaycan neftinin son qiyməti
AzVak-da yeni vakansiyalar
Bakcell-in meqa lotereyasında 3-cü avtomobil uduldu!
Meyvə bağlarının aqrar sığortası dövrü başlayır – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Intel-in gəliri 3-cü rübdə artıb
ABŞ-ın sentyabr ayı inflyasiya rəqəmləri açıqlanıb
Metrologiya İnstitutunun rəhbərliyinə təyinat olub
Dolların bazar erətsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət Agentliyinə rəisi təyin edildi, ona “general-mayor” ali hərbi rütbəsi verildi
Bakıdaki ilk inklüziv “Kashalata” kafesi fəaliyyətini davam etdirir!
m10 və Binance Azərbaycanda birbaşa kripto-fiat əməliyyatlarını davam etdirir - BİRGƏ AÇIQLAMA









.jpg)

.jpg)







