Quraqlığa davamlı bitki və ona qulluq üçün ixtisaslaşdırılmış texnikalar

Son dövrlər ən çox maraq doğuran və hətta kənd təsərrüfatı ilə bağlılığı olmayan insanların ən çox kökləndikləri sahələrdən biri sarımsaq və noxud yetişdirilməsidir. Sarımsaq yetişdirilməsinə dair “Sminagro” şirkətinin mütəxəssisləri əvvəlki analitik məqalələrində oxucalara ətraflı məlumat veriblər. Bu araşdırmada isə mütəxəssislər noxud bitkisinin yetişdirilməsi üçün istifadə olunan aqreqat və texnikalar, eləcə də biznes analizi üçün vacib məlumatları fermerlərlə bölüşəcək.
Bu bitki Azərbaycanın quraq regionlarında yağışdan asılı olaraq yetişdirilir. Ancaq qışın soyuğuna qarşı davamlı deyil. Buna görə də Azərbaycanda yazın əvvəllərində əkilir. Yazda məhsul əkiləndən sonra havanın və torpağın temperaturu getdikcə artdığı üçün noxudun formalaşması və inkişafı sürətlənir. Həddən artıq rütubət və yüksək temperatur dənələrin əmələ gəlməsinə imkan vermir. Çiçəklənmə və dənənin əmələ gəlmə mərhələsində yağıntının miqdarının həddəndən artıq yüksək olması həm bitkinin inkişafına mənfi təsir göstərir, həm də xəstəliklər üçün şərait yaradır. Vegetasiya dövründə az yağıntı bitkinin inkişafını sürətləndirir.
Respublikamızda hal-hazırda noxud, 5000 hektara yaxın ərazidə becərilir. Noxudun Azərbaycandakı vətənini Cəlilabad adlandırsaq yanılmarıq. Belə ki, rayon üzrə ümumi noxud əkilən sahələrin ərazisi 3500 hektardır. Ancaq Cəlilabadla yanaşı, quraqlığa davamlı olduğu üçün Aran regionunun müxtəlif rayonlarında bu bitkiyə olan maraq getdikcə artmaqdadır. Noxud əkini zamanı torpağın əkinə tam hazır vəziyyətə gətirilməsi üçün müxtəlif torpaq işləmə aqreqatlarından istifadə olunur. Biz bu məqaləmizdə sırf əkin və yığım aqreqatlarının texniki xüsusiyyətlərinə və işləmə prinsiplərinə diqqətinizi yönəltmək istərdik.
Noxud bitkisinin bir hektar üçün məhsuldarlığı əkilən toxumun növündən və aqrotexniki qulluqdan asılı olaraq 4.5-5 ton arasında dəyişir. Bir hektar sahədə noxud əkini üçün təxminən 80-100 kq noxud toxumu səpilir. Noxud toxumunun 1 kq-nın qiyməti 5 manat təşkil edir. Noxudun satış qiyməti isə müxtəlif meyarlardan asılı olaraq 3.5-5 manatdır. Sulama problemi olan bölgələrdə və sahələrdə fermerlərimiz noxudu çox rahat şəkildə əkib, becərə bilərlər. Quraqlığa davamlılığı ilə seçilən noxuda ciddi bazar tələbi formalaşmışdır.
Noxud əkimi üçün noxudla yanaşı, digər dənli və texniki bitkiləri əkə bilən gübrəsəpənli mibzərlərdən (selka) istifadə edilir. Xüsusi sürət qutusunun hesabına dişli çarxlar çox yavaş hərəkət edəndə də fırlandığı üçün və toxumlar səliqə ilə əkilir. Mexanizmlər aşınmaya qarşı davamlıdır, paslanmayan və qırılmayan plastikdən hazırlanmışdır. ÖZDUMAN şirkətinin istehsalı olana aqreqatın 19,21,23,25,27,29,31 və 33 bıçaqlı modelləri mövcuddur. Noxud əkən aqreqatın hərəkətə gətirilməsi üçün 100 at gücündə traktora ehtiyac vardır.
Noxudun torpaqdan yığılması respublikamızda əl əməyinə əsaslanır ki, bu da həm bitkinin zədələnməsinə, həm də vaxt itkisinə səbəb olur. Torpaqdan yığılan noxud bir müddət quruması üçün ərazilərdə cərgə boyunca yığılır. Türkiyənin AKIN Sanayi şirkətinin istehsalı olan bu aqreqat traktorun kardanı vasitəsilə hərəkətə gələrək noxudu torpaqdan yığır və hərəkət boyunca cərgə şəklində onu torpağa düzür. Aqreqatdan istifadə olduqca rahat olmaqla yanaşı, texniki baxımdan sadə konstruksiya və ehtiyat hissələrdən ibarət olması onun istismar müddətini uzadır. Aqreqatın gündəlik iş həcmi 1.5-2 hektardır. Aqreqatın iki növü fermerlərə təklif olunur. Şəkildə göstərilən növdə heç bir əl əməyinə ehtiyac olmadan proses avtomatik baş verir. İkinci model görünüş baxımından bu modelə bənzəsə də torpaqdan yığılmış noxud kollarını insan əməyi vasitəsilə aqreqatın üstündən kənarlaşdırıb, cərgə formasında düzmək lazım gəlir.
Noxud kolları ərazidə qurudulduqdan sonra kolların ərazidən toplanması, dənələrin kollardan ayrılması və təmizlənməsi ERKOÇLAR şirkətinin istehsalı olan Master TP01 adlı traktora qoşulan mini kombayn vasitəsilə həyata keçirilir. Bu kombaynın hərəkətə gətirilməsi üçün minimum 70 at gücü tələb olunur. Kombaynın gündəlik iş görmə qabiliyyəti 4.5-5 tondur. Kombayn noxudu zədələmədən koldan ayırır və 750 litrlik bunkerinə yığır. Bunkerdə yığılmış noxud dənələri bunkerin hərəkətə gəlməsi ilə yük maşınlarına tökülür və proses eyni qaydada davam edir. Master TP01 traktorun kardanına birləşdirilərək hərəkət gətirilir.
Dənələrdən ayrılmış kolların sovrularaq əraziyə və ya kombayna birləşdirilmiş örtülü xüsusi lapedə doldurulması da mümkündür.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
5 saat əvvəl
Hindistan ABŞ-ın təzyiqlərinə baxmayaraq, Rusiyadan neft idxalını artıracaq
- 6 saat əvvəl
-
-
6 saat əvvəl
Aqroparkların fəaliyyətinə dair yeni inkişaf konsepsiyası hazırlanacaq
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
7 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu bu şəxslərə verildi
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
-
7 saat əvvəl
Həyat sığortası bazarı 17 %, qeyri-həyat sığortası bazarı 7 % böyüyüb
-
7 saat əvvəl
İcbari sığorta bazarı 6 %-ə yaxın, könüllü sığorta bazarı 15 %-ə yaxın böyüyüb
Son Xəbərlər

Naxçıvanda indiyədək 19 sahibkarlıq subyektinə 25 investisiya təşviqi sənədi və 51 təsdiqedici sənəd verilib

ABŞ-da son 2,5 ilin ən güclü iqtisadi artımı qeydə alınıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

BOKT "International” 2 milyon manat cəlb etdi

Neft qiymətləri düşür

Bu idarə Xankəndidə yerləşəcək - FƏRMAN
Ən çox oxunanlar

Avropada BYD, Tesla-nı ötüb

Sabahın hava proqnozu açıqlanıb

“Bakı Gəmiqayırma Zavodu”nun rəhbəri dəyişib

Sığorta haqları və sığorta ödənişləri - ŞİRKƏTLƏR VƏ SİNİFLƏR ÜZRƏ

"AccessBank"ın işçilərinin sayı 81 nəfər artıb

Azərbaycan şirkəti yaxın zamanda 10G və 50G PON texnologiyalarının tətbiqinə başlayacaq

Azərbaycanın sığorta bazarı 12,5% böyüyüb
