Azərbaycan əhalisinin 2 aylıq gəliri açıqlandı
2018-ci ilin yanvar-fevral aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artaraq 7 milyard 700,3 milyon manat olmuş və ya əhalinin hər nəfərinə orta hesabla 786,4 manat təşkil etmişdir.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 7 milyard 69,6 milyon manatlıq və ya əvvəlkindən 10,7 faiz çox vəsait qalmışdır.
Əhalinin gəlirlərinin əsas göstəriciləri 2018-ci ilin yanvar-fevral aylarında |
| Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | ||
Əhalinin nominal gəlirləri, mlyn. manat | 7700,3 | 110,2 | ||
hər nəfərə, manat | 786,4 | 109,2 | ||
Sərəncamda qalan gəlirlər, mlyn. manat | 7069,6 | 110,7 | ||
hər nəfərə, manat | 722,0 | 109,7 | ||
Əmək haqqı
2018-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,0 faiz artaraq 519,8 manat təşkil etmişdir. Əmək haqqı neft sektorunda 3129,2 manat, qeyri-neft sektorunda 458,9 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 394,2 manat, özəl müəssisələrdə isə 695,0 manat olmuşdur.
2018-ci ilin yanvar ayında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əmək haqqı
(manat) İqtisadi fəaliyyət növləri | Cəmi | o cümlədən | ||
dövlət | qeyri-dövlət | |||
Ölkə üzrə – cəmi | 519,8 | 394,2 | 695,0 | |
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq | 241,2 | 182,6 | 331,4 | |
Mədənçıxarma sənayesi | 3 098,0 | 1 235,5 | 4 320,4 | |
Emal sənayesi | 546,9 | 668,6 | 520,1 | |
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı | 561,1 | 561,8 | 524,5 | |
Su təchizatı, tullantıların təmizlənməsi və emalı | 300,2 | 260,3 | 724,4 | |
Tikinti | 766,7 | 503,2 | 883,1 | |
Ticarət; nəqliyyat vasitələrinin təmiri | 385,4 | 323,8 | 385,6 | |
Nəqliyyat və anbar təsərrüfatı | 760,7 | 736,8 | 816,7 | |
Turistlərin yerləşdirilməsi və ictimai iaşə | 522,8 | 683,8 | 515,5 | |
İnformasiya və rabitə | 822,4 | 542,3 | 1 293,3 | |
Maliyyə və sığorta fəaliyyəti | 1 337,4 | 1 305,0 | 1 345,0 | |
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar | 375,1 | 297,3 | 518,8 | |
Peşə, elmi və texniki fəaliyyət | 859,9 | 361,7 | 1 839,8 | |
İnzibati və yardımçı xidmətlərin göstərilməsi | 547,8 | 452,4 | 658,6 | |
Dövlət idarəetməsi və müdafiə; sosial təminat | 529,4 | 550,0 | 215,4 | |
Təhsil | 332,0 | 329,7 | 418,5 | |
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi | 221,7 | 214,5 | 304,3 | |
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət | 261,6 | 225,2 | 788,4 | |
Digər sahələrdə xidmətlərin göstərilməsi | 647,4 | 440,2 | 685,5 | |
Müştərilərin xəbərləri
Bayram öncəsi sərfəli fürsət: “Abşeron un” və “Cənub un” məhsullarına xüsusi endirim kampaniyası başladı !
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 12 d. əvvəl
-
-
14 d. əvvəl
“Naxçıvan Taxıl Məhsulları”nın rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
-
29 d. əvvəl
Daha 8 şirkət “Startap” şəhadətnaməsi aldı - 3 İL MƏNFƏƏT VERGİSİ ÖDƏMƏYƏCƏKLƏR
-
1 saat əvvəl
Gecikdirilmiş 108 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il 30 milyon manatdan çox qazanmış bank səhmdarlarına dividend ödəyəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
2 saat əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bank Nəzarəti Strategiyası” təsdiq edilib - AÇIQLAMA
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı



























