"Azərbaycan Serbiyanın neft-kimya müəssisələrinin özəlləşdirilməsində maraqlıdır"
Azərbaycan şirkətləri Serbiyada fəaliyyət göstərən müəssisələrin özəlləşdirilməsində maraqlıdır. Bunu Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov bu ölkənin energetika naziri Aleksandr Antiçlə görüşü zamanı bildirib.
"Prioritet sahə kimi neft-kimya sektoru götürülüb", - deyə səfir qeyd edib.
Diplomat həmçinin A. Antiçə Azərbaycanın energetika naziri Natiq Əliyevin "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının III iclasında iştirak üçün dəvətini çatdırıb.
E. Həsənov nazirə TANAP və TAP layihələrinin gedişatı barədə məlumat verib.
Tərəflər ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib.
A. Antiç iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. Eyni zamanda, nazir son zamanlar Azərbaycan tərəfindən Serbiya iqtisadiyyatına yatırılan investisiyaların həcminin artdığını qeyd edib.
Qeyd edək ki, "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının III iclası Bakıda bu il fevral 23-ə təyin edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 1 d. əvvəl
-
- 3 d. əvvəl
- 12 d. əvvəl
-
26 d. əvvəl
“Bank Respublika”dan Beynəlxalq Təhlükəsiz İnternet Günündə müştərilərə tövsiyələr
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Rusiya “Telegram”ı bloklamağa başlayıb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Ən çox oxunanlar
Fevralın 11-də gözlənilən hava şəraiti






























