İqtisadiyyat üzrə magistr proqramına tələbə qəbulu başladı - XARİCDƏ TƏHSİL

Tbilisi Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Beynəlxalq İqtisad Məktəbi (ISET) yüksək nüfuzlu İqtisadiyyat üzrə magistr proqramına tələbə qəbulu elan edir. Azərbaycanlı namizədlərə aşağıdakılar təklif olunur:
-Təhsil haqqının yarısını və ya hamısını əhatə edən təqaüdlər
-Yaşayış təqaüdü
-Tbilisidə təhsil aldığı dövr ərzində pulsuz olaraq mənzil ilə təminat
-Avropada təcürbə keçmək və və ya bir semestr təhsil almaq imkanı
-Yay təcürbəsi və Azərbaycanda işlə təminat
-Amerika Birləşmiş Ştatlarında (ABŞ) və Qərbi Avropada reytinqli PhD proqramlarına qəbul olunmaqda dəstək
Magistr proqramına qəbul olan hər bir azərbaycanlı tələbə birinci minisemestr (2018-ci il sentyabr-oktyabrda 8 həftə) ərzində tam ödənişsiz əsaslarla təhsil alacaq.
Magistr proqramına qəbul olunan ancaq İqtisadiyat, Riyaziyat və Statistikadan güclü bilikləri olmayan tələbələrin ISET-də təhsil almağa hazırlaşmaq üçün hamısının qeyd edilən sahələr üzrə əsas mövzuları əhatə edəcək Yay Kursunda (2018-ci il Avqustda 3 həftə) iştirak etmək imkanı olacaq.
2018-ci ilin payızı üçün aprelin 30-u 2018-ci ilə kimi ərizələrin online (www.iset.ge) qəbulu aparılacaq. İngilis dili və riyaziyyat üzrə olan qəbul imtahanı 2018-ci il mayın əvvələrində Bakıda keçiriləcək.
İSET-in tədris proqramı ABŞ və Qərbi Avropada ən yaxşı proqramları əhatə edir və beynəlxalq professorlar tərəfindən bütün dərslər İngilis dilində tədris olunur. 2017-ci ildə İSET-ə qəbul olacaq tələbələr ixtisaslaşmaq üçün Enerji və Ətraf Mühit, Sosial Siyasət, Kənd Təsərrüfatı İqtisadiyyatı, Makroqitisadi Siyasət və Özəl Sektorun İnkişafı kimi sahələri seçə bilər və onlara professional karyeraya hazır olmaq üçün dövlət siyasəti, bank işi və maliyyə analizi üzrə şəxsi tədris proqramlarını tərtib etməyə şərait yaradılır.
Azərbaycanlı tələbələrə ABŞ-ın və Qərbi Avropanın ən aparıcı PhD proqramlarında təhsil almaq üçün köməklik edilməsini xüsusi vurğulamaq istəyirik. İSET məzunları Stanford, Çikaqo, New York, McGill, Pennsylvania, Warwick, McGill, Caltech, PennState və digər universitetlərdə təhsil alırlar. Hal-hazırda İSET məzunlarının 34 nəfəri ABŞ və Qərbi Avropada PhD təhsillərini davam etdirirlər və hamısı tam təqaüd alırlar.
İSET haqqında: İSET BP, CERGE-EI Foundation, Gürcüstan höküməti, Norveç Xarici İşlər Nazirliyi, Açıq Cəmiyyət İnstitutu, İsveç Beynəlxalq Əməkdaşlıq Agentiliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Dünya Bankı kimi beynəlxalq donorlar konsersyumu tərəfindən 2006-cı ildə yaradılmışdır. Cənubi Qafqazda iqtisadiyyat üzrə beynəlxalq çaplı magistr proqramı təklif edən yeganə təhsil mərkəzidir. 316 məzunun hamısı hal hazırda işləyir və ya xaricdə təhsil alır. İSET məzunları Cənubi Qafqazın Mərkəzi Banklarında aparıcı analitik vəzifələri tutur və ya xaricdə PhD proqramlarında təhsillərini davam etdirirlər.
Müraciətçilər online şəkildə də daha çox məlumat əldə edə bilərlər: www.iset.ge
Əlaqələndirici şəxs: Maya Surguladze, Tel: +995 (322) 507 177 ext.104
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Bank of Baku-dan yaşıl təşəbbüs – növbəti ağacəkmə aksiyası keçirildi
-
5 saat əvvəl
"Pensiya yaşının artırılması ilə bağlı iddialara RƏSMİ CAVAB
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Qızılın qiyməti 2026-cı ildə 5000 dollara, 2030-cu ilin sonuna qədər isə 10000 dollara çata bilər"
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Sizin Lombard" vətəndaşlara kredit ayrımaq üçün illik 15%-lə borc alır
-
7 saat əvvəl
“AFB Bank”ın kredit portfeli, gəlirləri və xalis mənfəəti artıb
-
8 saat əvvəl
Azərbaycan Prezidenti Fransanın yeni səfirinin etimadnaməsini qəbul etdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
Sabahdan Xırdalan-Bakı E2 nömrəli ekspres marşrut xətti istifadəyə verilir
Son Xəbərlər

"Pensiya yaşının artırılması ilə bağlı iddialara RƏSMİ CAVAB

“PAŞA Sığorta”da rəhbər vəzifəyə təyinat olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

“AFB Bank”ın kredit portfeli, gəlirləri və xalis mənfəəti artıb
Ən çox oxunanlar

10 000 manat kredit götür, aylıq cəmi 350 manat ödə

“AFB BANK” avadanlıqların satın alınması üzrə tender elan edib

Azərbaycan və Çin mərkəzi banklarının sədrləri görüşüb

“Çörəkçi” ailəsi Ümumdünya Çörək Gününü birlikdə qeyd etdi

ABB səhmdarları 16%-ə yaxın dividend qazana bilərlər
