80% əhalinin kredit borcu var, amma ödəmələrdə problemlər yaşanmır
Gürcüstan əhalisinin banklara və lombardlara olan borcu durmadan artır.
Gürcüstan Milli Statistika Xidməti xəbər verir ki, 2017-ci ilin sonunda ölkədə 609,4 min lombarda borcu olan vətəndaş qeydə alınıb. Bu da 2016-cı ilə müqayisədə xeyli çoxdur.
Xidmətin məlumatına görə, təkcə 2017-ci ildə insanlar lombardlardan 405,8 milyon lari (təqribən 166,6 milyon dollar) həcmində kredit götürüb. Kreditlərin 64,7 faizi milli valyuta, 35,3 faizi isə xarici valyuta ilə verilib.
Lombardlara borclu olanların 99,4 faizi fiziki şəxslərdir.
Lombarda borcu olanların 76,1 faizi paytaxt Tbilisiin payına düşür. İkinci yerdə Acariya (9,9 faiz), üçüncü yerdə İmeretiya (4,8 faiz), dördüncü yerdə isə 4,4 faizlə Sameqrelo-Zemo Svanete bölgəsi gəlir.
Lombardlara ən az borcu olan region azərbaycanlıların daha çox yaşadıqları Kvemo Kartli bölgəsidir – 2,8 faiz.
Gürcüstan əhalisinin ümumilikdı banklara olan borcu isə lap yüksək həddədir. Bəzi ekspertlərin sözlərinə görə, hazırda Gürcüstan əhalisinin 80 faizə qədərinin banklara borcu var.
İqtisadi məsələlər üzrə gürcü ekspert Mixail Dundua bildirib ki, 2017-ci ilin sonunda Gürcüstan əhalisinin hər min nəfərdən səkkiz yüzünün banklara borcu olub. Onun sözlərinə görə, bu göstərici ilə Gürcüstan dünyada birinci yerdədir. M. Dundua deyib ki, bu göstərici Beynəlxalq Valyuta Fondunun hesabatında da qeyd olunub.
“Kredit-info” təşkilatının direktoru Sandro Qomiaşvili isə deyib ki, 2016-cı ildə banklara kreditlə əlaqədar 12 milyon 500 min müraciət olunub. 2017-ci ildə isə müraciətlərin sayı 25 milyonu ötüb. Müraciətlərin böyük əksəriyyəti hüquqi şəxslərin payına düşür.
Direktor bildirib ki, 3,7 milyon əhalisi olan ölkə üçün bu çox böyük göstəricidir. Rəqəmlərə əsasən, ölkədə 80 faizə qədər əhalinin krediti var.
Ekspertlərin sözlərinə görə, buna baxmayaraq, əhalinin kredit ödənmələrində ciddi problemlər yaşanmır.
© Azərtac
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
4 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
4 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
5 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
5 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
Ən çox oxunanlar
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib





















