Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

YouTube-ın baş ofisində silahlı hadisə: 1 ölü, 4 yaralı

iç səhifə xəbər başlığı altı (mobil)_31
YouTube-ın baş ofisində silahlı hadisə: 1 ölü, 4 yaralı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qlobal video paylaşma şəbəkəsi "YouTube"ın Kaliforniya əyalətinin San Bruno şəhərindəki baş ofisində baş vermiş silahlı hadisədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Hadisədə ölən qadının "şübhəli adam" olduğu bildirilir.

 

Reklam_3_11

ABŞ mətbuatında verilən xəbərlərdə, kampusdakı bəzi işçilərin silah səsi eşitdikdən sonra binaları tərk etdiyi, bəzi işçilərin isə ofislərinə barrikada quraraq çölə çıxmadığı qeyd edilib.

 

Bölgədən ABŞ televiziyalarına əks olunan görüntülərə görə, binalardan çıxan yüzlərlə işçinin üstləri polis məmurları tərəfindən axtarıldıqdan sonra etibarlı bir bölgəyə aparılıb.

 

YouTube-ın sahibi olan Google-dan verilən açıqlamada, şirkətin rəsmi orqanlar ilə koordinasiya halında olduğu və yaşanan hadisə ilə əlaqədar istintaqın davam etdiyi qeyd edilib.

 

San Bruno Polis Şöbəsinin rəisi Ed Barberini, mətbuat mənsublarına verdiyi açıqlamda, polis qruplarının əraziyə gəlməsinin ardından 1 adamın öldüyünü və 3-ü əl tapançası ilə olmaq üzrə 4 adamın yaralandığını bildirib.

 

Ölənin qadın olduğunu və ilk araşdırmaların ardından özünə atəş etmiş ola biləcəyini qeyd edən Barberini, onu "şübhəli adam" adlandırıb. 

 

Hadisələ əlaqədar araşdırmaların sürətlə davam etdiyini qeyd edən Barberini, söz mövzusu qadın və hadisənin səbəbi haqqındakı məlumatlara toxunmayıb.

 

Yaralılardan 2-sinin vəziyyətinin ağır olduğu bildirilir.


ABŞ Prezidenti Donald Tramp, Twitter hesabından etdiyi paylaşmada, hadisə haqqında özünün məlumatlandırıldığını qeyd edərək, "Düşüncələrimiz və dualarımız hadisədə iştirak edən insanlarladır" açıqlamasını verib.

 

Google-ın İcraçı direktoru Sundar Pichai, YouTube işçilərinə göndərdiyi mesajda, şirkətin yerli orqanlar ilə koordinasiyalı çalışdığını bildirib.

 

Hadisəni "qorxunc" adlandıran Pichai, yaralıların və ailələrinin dəstəklənməsi üçün hər şeyin edildiyini vurğulayıb.

 

Pichai mesajında, "Bu anda bir çoxunuzun şokda olduğunu bilirəm. İrəliləyən günlərdə, Google ailəsində hər kəsə bu ağlasığmaz hadisədən özünə gəlməsi üçün dəstək verməyə davam edəcəyik. İndi hər kəs bir araya gələrək Susana (YouTube-ın icraçı direktoru Susan Wojcicki) və YouTube komandasına dəstək verməlidir" ifadələrini istifadə edib.

 

YouTube-ın icraçı direktoru Susan Wojcicki də öz Twitter hesabından, "Bu gün YouTube-da silahlı bir adamın tapılmasının nə qədər qorxunc bir şey olduğunu təsvir etməyə sözlər çatmaz" mesajını paylaşıb.

 

Wojcicki mesajında, hadisədə yaralanan və təsirlənən kəslərə dəstək verildiyini ifadə edərək, "Ailə olaraq bir araya gəlib yaxşılaşacağıq" deyib.

 

San Brunoda cəmi 4 binası olan YouTube-ın burada təxminən 2 min əməkdaşı çalışır..

04.04.2018 05:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18