Gürcü menecer: Azərbaycanlılar təzə avtomobillərə üstünlük verirlər"
“Azərbaycandan Gürcüstana gələn avtomobil alıcılarının sayı son illər kəskin şəkildə azalıb. Azərbaycanlı alıcıların əksəriyyəti də təzə, “Avro 4” standartlarına cavab verən avtomobillərə üstünlük verirlər. Bu da çox azdır”.
Bunu Gürcüstanın Rustavi şəhərinin yaxınlığındakı avtomobil satışı bazarının meneceri Rolavid Soroznişvili deyib.
Onun sözlərinə görə, azərbaycanlılar son ildə 300-350 min dollar məbləğində avtomobil alıblar. Amma bura Batumi və Poti limanlarından alınmış və xaricdən birbaşa gətirilmiş avtomobillər daxil deyil.
Menecer bildirib ki, azərbaycanlı alıcılar əsasən 2012, 2013, 2014, 2015 və 2016-cı illərdə istehsal olunan avtomobillərə üstünlük verirlər. Bəziləri 2006-cı ildən sonra Almaniyada istehsal olunan “Mercedes - Benz”, Opel, BMW, Volkswagen avtomobillərini alırlar.
O qeyd edib ki, Azərbaycandan gələn bəzi alıcılar avtomobilləri Gürcüstanda rəsmiləşdirirlər. “Avro -4” standartlarına cavab verən avtomobillər üçün sərhəd keçid məntəqəsində depozit tələb olunmadığı üçün bəzi alıcılar avtmobilləri burada rəsmiləşdirir, Gürcüstan dövlət nömrə nişanı ilə idarə edirlər. Gürcüstan dövlət nişanlı avtomobillərlə Azərbaycana, Rusiyaya, Türkiyə və digər ölkələrə gedirlər.
Menecer deyib ki, azərbaycanlı alıcılarının sayının azalmasının səbəbi Azərbaycanda “Avro 4” standartlarının tətbiqi, gömrük rüsumlarının artırılması, eləcə də Gürcüstan bazarında satılan bəzi avtomobillərin lazım olan standartlara cavab verməməsidir: "Belə ki, bəzi işbazların ABŞ, Rusiya, Almaniya, Yaponiya və digər ölkələrdən gətirdikləri avtomobillər həddən artıq keyfiyyətsiz olur. Bəzi işbazlar bir vaxtlar şor sularda batmış və yaxud da bir neçə avtomobilin hissələrindən yığılmış avtomobilləri təzə və ya ikinci əl avtomobili kimi təqdim edirlər. Bazar rəhbərliyinin işə ciddi müdaxiləsindən sonra maşınlar kompyuterlə yoxlanılır. Lakin yenə də, bəzi mənfi halların qarşısını almaq olmur. Kompyuterlə yalnız avtomobillərin oğurluq və axtarışda olub-olmaması, kreditlə alınmadığı müəyyən olunur. Alıcılar indi xüsusi aparatların köməyi ilə yenidən rənglənməni də müəyyən edə bilirlər".
R.Soroznişvilinin sözlərinə görə, bu gün bazarın əsas alıcıları Türkiyə, Ukrayna, Qazaxıstan və Ermənistan vətəndaşlarıdır. Ən ucuz maşınları Ermənistandan gələnlər alırlar: "Onlar əsasən, 2000-ci ilə qədər istehsal olunan, üçüncü, dördüncü əl avtomobilləri alırlar".
Gürcüstanda avtomobillərin rəsmiləşdirilməsi elə bazarın daxilindəki idarədə həyata keçirilir. İkimərtəbəli binada sürücülük vəsiqələrinin alınması üçün imtahan otaqları, sürücülük meydançası (binanın qarşısında), gömrük rüsumlarının internet vasitəsi ilə ödənilməsi aparatları var. Burada avtomobillərin gömrük rüsumlarını da birbaşa kompyuterlə ödəmək olur. Avtomobilin buraxılış ili, mühərrikin həcmi ilə bağlı məlumatlar kompyuterə daxil edilir və avtomatik olaraq ekranda ödəniləcək gömrük rüsumunun məbləğini görmək olur. Məsələn, 2016-ci ildə istehsal olunan və mühərrikinin həcmi 2000 olan avtomobil üçün alıcı 3305 Gel rüsum ödəməlidir. 2002-ci ildə istehsal olunan və mühərrikin gücü 2000 olan avtomobilin dövlət rüsumu 1975 GEL təşkil edəcək. 2017-ci il yanvarın 1-dən bu rəqəmlər xeyli artıb.
Bazarda işləyənlər bildiriblər ki, xarici ölkə vətəndaşları Gürcüstanda aldıqları avtomobili 10 gün müddətinə bu ölkədə qeydiyyata salmalı, ya da öz ölkəsinə aparmalıdır. Alıcı avtomobili alarkən mühərriki gücünə görə, 110-165 GEL ödəyir.
Tranzit nömrə alanlar isə 45 gün Gürcüstanda qala bilərlər.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)









.jpg)





