Azərbaycan və Gürcüstan arasında 270 milyon dollarlıq dövriyyə!
Bu ilin birinci rübündə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 270 mln. 209,3 min dollar təşkil edib.
Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına görə, yanvar-mart aylarında Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 9,6% təşkil edib.
Hesabat dövründə Azərbaycan Gürcüstanın Türkiyə və Rusiyadan sonra 3-cü böyük ticarət tərəfdaşı olub.
Cari ilin ilk 3 ayında Azərbaycan Gürcüstandan 76 mln. 435,2 min dollarlıq məhsul idxal edib. Azərbaycandan qonşu ölkəyə isə 193 mln. 774,1 min dollar dəyərində məhsul ixrac olunub.
Qeyd olunan dövrdə Azərbaycan Gürcüstandan ən çox minik avtomobili (1 380 ədəd) idxal edib. İdxal olunmuş avtomobillərin dəyəri 25 mln. 293,5 min dollar təşkil edib.
Azərbaycanın qonşu ölkədən ən çox idxal etdiyi məhsulların ilk beşliyinə daha sonra siqarlar (14 mln. 275,8 min dollar), medikamentlər (7 mln. 389,2 min dollar), diri iribuynuzlu mal-qara (3 mln. 490,7min dollar) və dəmir və ya aşqarlanmış poladdan çubuqlar (2 mln. 468,8 min dollar) daxildir.
Hesabat dövründə Gürcüstan Azərbaycandan ən çox neft qazları və digər qaz halında karbohidrogenlər (120 mln. 534,8 min dollar dəyərində) idxal edib.
Qonşu ölkəyə Azərbaycandan ən çox ixrac olunmuş məhsullara daha sonra elektrik enerjisi (24 mln. 780,2 min dollar), neft və neft yağları (18 mln. 232,9 min dollar), sement (3 mln. 208,2 min dollar) və gips, anhidrit və gipsli bağlayıcılar (3 mln. 149,1 min dollar) daxildir.
Bu ilin birinci rübündə Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 2 mlrd. 823,8 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 23,3% çoxdur.
Qonşu ölkənin ixracı 28,4% artaraq 740,3 mln. dollar, idxalı isə 21,6% artaraq 2 mlrd. 083,4 mln. dollar təşkil edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
-
-
1 gün əvvəl
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
-
1 gün əvvəl
ABŞ bankından bazarlar üçün böhran xəbərdarlığı: Vəziyyət getdikcə 2008-i xatırladır
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir
-
1 gün əvvəl
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp Putinin İrana "azacıq" kömək göstərdiyini etiraf edib
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
Ən çox oxunanlar
Palma yağı qiymətlərində artım davam edir
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya yaşayın!
Qarabağda torpaqların icarəyə verilməsi üzrə 2-ci investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin”




















