ABŞ-ın qadağası Çin nəhəngini vurdu
Çinin elektronika və telekommunikasiya avadanlığı istehsalçısı ZTE Corp, ABŞ-ın şirkətə mal satışlarını qadağan edən qərarının ədalətli olmadığını və şirkətin aktivlərini təhlükəyə atdığını açıqlayıb.
"Marja" xəbər verir ki, ABŞ, ötən həftə Amerika şirkətlərinin ZTE-yə ehtiyat hissələri və proqram satmasını yeddi il müddətinə qadağan etmişdir. Şirkətin tədarük zəncirini pozacaq bu qərara əsas kimi, Çinli şirkətin daha əvvəl bağlanmış müqaviləni dəfələrlə pozması göstərilib.
ABŞ-ın bu qərarı Vaşinqton ilə Pekin arasında xarici ticarət gərginliyinin artdığı, iki ölkənin bir-birinə əlavə gömrük vergisi tətbiq etdiyi bir vaxtda veriib.
ZTE, keçən ilin Mart ayında ABŞ-da istehsal olunan məhsulları qeyri-qanuni yollarla İrana göndərərək ABŞ-ın ixracat qadağalarını pozduğunu qəbul etmişdi. ZTE bunun nəticəsində 900 milyon dollar cərimə ödəmiş və pozuntuya davam edərsə, yeddi il ərzində ABŞ-da istehsal olunan məhsulları istifadə etmək hüququndan məhrum olacağını qəbul etmişdi.
"ZTE-nin bütün tərəfdaşlarına zərər verəcəkdir"
ZTE, ABŞ-ın qərarının ardından yaydığı ilk açıqlamada, "ABŞ-ın ZTE-yə ən ağır cəza verməkdə israr etməsi qəbul edilə bilməz. Qərar ZTE-nin inkişafına və aktivlərinə ciddi təsir etdiyi kimi çoxlu sayda ABŞ şirkəti də daxil olmaqla ZTE-nin bütün tərəfdaşlarına zərər verəcəkdir" deyilir.
ZTE problemi aradan qaldırmaq üçün danışıqları davam etdirəcəyini, şirkətin qanuni hüquqlarını və mənafelərini qorumaq üçün hüquqi addım atmaqda qərarlı olduğunu bildirib.
ZTE səhmləri Bazar ertəsi bağlanışdan bu yana əməliyyata bağlanmışdır. Şirkətin bazar dəyəri son əməliyyat günü 19 milyard dollar ətrafında olub.
ABŞ Ticarət Nazirliyindən bir səlahiyyətli isə, Reuters-ə bu həftə verdiyi açıqlamada ZTE-nin ABŞ məhsullarından istifadə etmək qadağasının ləğv ediləcəyini gözləmədiyini bildirib.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 7 d. əvvəl
- 39 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı













.jpg)






