100 hektardan 4500 tonadək məhsul götürüb - RUSİYADAN TƏKLİFLƏR ALIB

İsmayıllının adı dillər əzbəri, tamı damaq dadı olan məhsullarından biri kartofdur. Burovdal, Zərnava kartofu adı ilə deyilir. Müştərisi də həmişə başının üstündədir.
Təxminən üç ildir ki, İsmayıllıda kartof sənaye üsulu ilə yetişdirilir. Ayrı-ayrı sahibkarlar hektardan orta hesabla 40-50 ton məhsul götürürlər. Bu da daxili bazarın kartofa tələbatını müəyyən qədər ödəməklə yanaşı, yüzlərlə sakin üçün iş yeri, ruzi-bərəkət deməkdir.
İsmayıllıda sənaye üsulu ilə kartof əkini aparan “Buta Group” MMC-nin soyuducu anbarı var. MMC həmçinin “İsmayıllı tərəvəzləri” adı altında fərqli çəkilərdə məhsulu qablaşdırır. Müəssisənin meneceri Raqub Vəliyev söhbət zamanı dedi ki, soyuducu anbar kompleksi 2017-ci ildə tikilib. Ümumi gücü 3 min tondur. Müəssisə tərəfindən istehsal olunan məhsul anbarda saxlanılır, burada qablaşdırılaraq ölkənin müxtəlif ticarət şəbəkələrinə göndərilir. Keçən il MMC 100 hektardan 4 min 500 tonadək məhsul götürüb.
R.Vəliyev onu da dedi ki, toxumu əsasən Almaniyadan alırlar. “Karalevo Anna”, “Maravello” kimi alman sortlarına üstünlük verilməsinin səbəbi onların məhsuldarlığının yüksək olması, xarici görünüşləri və keyfiyyətlərinin yüksəkliyidir.
Bu il üçün şirkət daha çox sahədə - 120 hektarda əkin aparmağı nəzərdə tutub. Artıq əkin sahəsi hazır vəziyyətə gətirilib. Hava şəraiti uyğun olan kimi əkinə başlanacaq. Hazırda müəssisədə 40 nəfər çalışır. Mövsümi işlərə başlandıqdan sonra işçilərin sayının artması gözlənilir.
Öyrəndik ki, soyuducu anbarın tikintisi dövlət dəstəyi sayəsində reallaşıb. Ümumi maliyyə vəsaitinin 1,9 milyon manatı Sahibkarlığa Kömək Milli Fondu tərəfindən təmin olunub. Bu vəsaitlə lizinq yolu ilə avadanlıq alınıb. Hazırda müəssisənin 22 adda texnikası var. Bunlar əsasən inkişaf etmiş Avropa ölkələrindən gətirilmiş texnikalardır. Ümumilikdə anbarın tikintisinə və texniki təchizata sərf olunan sərmayə 7,4 milyon manat olub.
R.Vəliyev dedi ki, əlavə müraciətlər olarsa, soyuducu anbarda həm məhsul saxlanılması, həm də çeşidlənmə üçün imkan və şərait var. Hazırda belə müraciətlər var və onların sayı getdikcə artır.
“Buta Group” MMC taxılçılıqla da məşğuldur. Müəssisə Diyallı kəndində 120 hektar torpaq icarəyə götürüb. 300 hektar ərazisi isə Kürdmaşı deyilən yerdədir. Bu il əlavə olaraq 100 hektarda qarğıdalı əkini planlaşdırılır. Məhsulun yağ istehsalı ilə məşğul olan yerli müəssisələrə verilməsi nəzərdə tutulur.
Məhsula tələbatın böyük olduğunu deyən R.Vəliyev bildirdi ki, indiyədək 2 min tondan çox məhsul satıblar. Yaxın gələcəkdə şirkət “İsmayıllı tərəvəzləri” brendi altında olan məhsullarını ixrac etməyi də nəzərdə tutur. Bu məqsədlə artıq Rusiya Federasiyasından təkliflər daxil olub.
Məhsula marağı artıran əsas amillərdən biri də onun ekoloji cəhətdən təmiz olması, müasir keyfiyyət meyarlarına cavab verməsidir. Bunun başlıca səbəbi əkin aparılan sahənin dağ ətəyində yerləşməsi və becərmədə əsasən üzvi gübrələrdən istifadə olunmasıdır.
©“Azərbaycan”
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Kristal" "City Garden Narimanov"da yenidən daxili krediti aktivləşdirdi!
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər

Azercell “CyberCell Hackathon”a start verir

Həyəcan zirvədə - 2-ci avtomobil sahibinə təhvil verildi!

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Bank of Baku istehlak kreditləri üzrə TOP 3-də yerləşdi!

"Kapital Bank"ın cəmi kredit portfeli 5 milyard manatı aşıb
Ən çox oxunanlar

Milyarder Cef Bezosdan 2045 proqnozu

Sabah Bakıda bal yarmarkası fəaliyyətə başlayır

Türkiyə Lirəsi ardıcıl 4-cü gündür ucuzlaşır - DOLLAR/TL YENİ ƏN YÜKSƏK SƏVİYYƏSİNƏ ÇATIB

Avrozonada inflyasiya hədəfin üzərinə yüksəlib

"Azəristiliktəchizat" Asiya İnkişaf Bankı ilə gələcək inkişaf strategiyası hazırlayır

BOKT 16 faizlə borc alır - HƏRRAC TARİXİ

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlanır

Türkiyənin tekstil və geyim sektorunda 316 min nəfər işdən çıxarılıb
