Ən yuxarı (mobil)_30

Ən böyük kabel TV şirkətindən 31 milyard dollarlıq təklif

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ən böyük kabel TV şirkətindən 31 milyard dollarlıq təklif
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyanın ən böyük kabel TV şirkəti olan ABŞ-ın "Comcast" şirkəti, Böyük Britaniyanın yayım təşkilatı "Sky" qrupunu satın almaq üçün 31 milyard dollar təklif verib.
 

"Marja  xəbər verir ki, "Comcast"dan verilən açıqlamada, təxminən 23 milyon müştərisi olan "Sky" qrupunun alışı üçün 31 milyard dollar (təxminən 22 milyard funt-sterlinq) təklif verildiyi qeyd olunub.
 

Reklam_3_11

Satınalmanın reallaşması halında, "Sky" qrupunun tərkibində olan "Sky News" xəbər kanalının müstəqilliyinin 10 il qorunacağı qeyd edilib.
 

 Açıqlamada, "Comcast"in satınalma təklifinin, Avstraliyalı media biznesmeni Rupert Murdoch-un sahibi olduğu "21st Century Fox"un "Sky" qrupunu almaq təklifinə nisbətən 16 faiz daha yüksək olduğu vurğulanıb.

 

Böyük Britaniyanın Rəqabət və Bazarlar Şurası (CMA), yanvar ayında, "21st Century Fox Sky" qrupunun satınalma təşəbbüsünü "medianın çox səsliliyi baxımından dövlət xeyrinə olmadığı" səbəbilə əngəlləmişdi.
 

Bunun ardından, ABŞ-ın əyləncə və media nəhəngi "Walt Disney" bu ayın əvvəlində "Sky News"i satın almaq üçün təşəbbüs göstərərək, "21st Century Fox"un "Sky" qrupunu satın almasına dəstək olmağa çalışmışdı.
 

Murdoch-un sahibi olduğu "21st Century Fox" 39% hissəsinə sahib olduğu "Sky" qrupunun qalan 61%-lik hissəsini satın almaq üçün keçən il 11,7 milyard funt-sterlinq (16,5 milyard dollar) təklif etmişdi.
 

"Walt Disney" isə dekabr ayında, "21st Century Fox"u satın almaq üçün 52,4 milyard dollar təklif etdiyini bildirmişdi.
 

"Comcast"in sahib olduğu şirkətlər arasında, beynəlxalq media və əyləncə şirkəti NBCUniversal və NBC televiziyası, film istehsalı və distribyutorluq şirkətlərindən "Universal Studios" və "Dreamworks Animation" var.

26.04.2018 05:37
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18