Bir dəfə xaricdə, iki dəfə Azərbaycanda vergiyə cəlb edilir - YÜKSƏK VERGİ YÜKÜ
Azərbaycanın maliyyə institutlarının, rezidentlərinin xaricdə əldə etdiyi dividendlərin mənfəət vergisindən azad olunması təklif olunub.
Bu təkliflə bu gün Bakı şəhəri “Pullman” otelində ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə ) “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF2018) “KPMG Azərbayca”ın ("Klynveld Peat Marwick Goerdeler") Vergi və Hüquq Departamentinin direktoru Müşfiq Əliyev çıxış edib.
Onun sözlərinə görə, Azərbaycan rezidentlərinin xaricdən əldə etdiyi dividend şəklində gəlirlərə vergi tətbiqi sahibkarların vergi yükünü artırır.
36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!
“Toxunmaq istədiyim məsələlərdən biri xaricə edilmiş investisiyadan bir çox maliyyə institutlarının dividend şəklində qazandığı gəlirlərin vergiyə cəlb olunması ilə bağlıdır. Bu, ən aktual mövzulardan biridir. Bir çox Azərbaycan rezidentləri xaricə investisiya qoyur və dividend şəklində gəlir qazanırlar. Lakin dividend şəklində qazanılmış bu gəlir bir xarici ölkədə ödəmə mənbəyində vergiyə cəlb olunur. Sonra bu gəlir Azərbaycan müəssisəsinə daxil olur. Bu zaman dididend şəklində gəlir 20%-lə mənfəət vergisinə cəlb olunur. Sonradan yenidən səhmdarlara ötürülən zaman yenə də ödəmə mənbəyindən 10%-lik vergiyə cəlb olunur. Gördüyünüz kimi, bir çox investor rezidentlər üçün bu tələblər maraqsızdır. Çünki, burda vergi yükü çox olur. Bu, Azərbaycan rezidentləri üçün cəlbedici mexanizm deyil. Gələcəkdə bununla bağlı beynlxalq təcrübədən istifadə edilməsini təklif edirəm. Məsələn, bir çox xarici ölkələrdə xaricdən əldə edimiş dividend şəklində gəlir vergisi varsa, bu, müəyyən şərtlər daxilində yerli qanunvericiliyə uyğun olaraq möhlət verilir. Beynəlxalq təcrübədə bu zaman mənfəət vergisindən tam azad olma da var. Və yaxud beynəlxalq təcrübədə səhmdara ötürülən zaman dividenddən vergi tutulmur. Bu təcrübə ölkəmizdə tətbiq olunsa, rezidentlərin xaricə investisiyası daha da təşviq edilə bilər”, deyə M.Əliyev vurğulanıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
18 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























