ABŞ Prezidenti İran qərarını açıqladı
ABŞ Prezidenti Donald Tramp, ölkəsinin 2015-ci ilin İyul ayında İran ilə bəzi iqtisadi sanksiyaların götürülməsi qarşılığında imzalanmış nüvə müqaviləsindən çıxdığını açıqladı.
ABŞ Prezidenti Donald Tramp İran ilə bağlı qərarını açıqladı.
"Marja" xəbər verir ki, Trampın qərarı ilə, ABŞ, İran ilə 2015-ci ildə bağlanmış nüvə müqaviləsindən çıxdı.
"ABŞ-ın müqavilədən çıxdığını açıqlayıram. İrana yeni iqtisadi və digər sanksiyalar tətbiq ediləcəkdir. İrana kömək edən digər ölkələrə də sərt sanksiyalar tətbiq ediləcəkdir",- Tramp deyib.
Tramp çıxışına, "İran, Yaxın Şərqdə Hizbullah, Həmas, Əl-Qaidə və Taliban kimi terrorçu təşkilatları dəstəkləyir" - deyrək başladı. Tramp, İranın nüvə silahı istehsal etməyə davam etdiyini vurguladı.
Tramp, İran ilə bağlanmış müqaviləni "böyük bir ləkə" kimi qiymətləndirdi və müqavilənin İranın uranı zənginləşdirməyə davam etməsinə icazə verdiyini qeyd etdi.
"Müqavilə üçün bir şey etməsək, başımıza nə gələcəyini bilirik" deyən Tramp, "İran terrora yardımda liderlik edir və bu ölkənin əlində çox güclü bir silah olacaqdır və hazırda müqavilədən çıxdığımızı açıqlayıram. Ən yüksək səviyyədə sanksiya tətbiq edəcəyik və İrana yardım edən ölkələrə də sanksiya tətbiq ediləcək" - dedi.
Tramp, "Müqavilənin davam etməsinə icazə versəm Orta Şərqdə silahlanma davam edəcək",- deyib.
Tramp çıxışını, "Bu ABŞ-ı daha təhlükəsiz edəcəkdir" deyərək yekunlaşdırdı.
AYDA 1850 MANAT ÖDƏNİŞLƏ PREMİUM MƏNZİL!
Tramp daha əvvəlki çıxışlarında, müqaviləni "ən pis müqavilə" və "fəlakət" adlandırmış və ABŞ-ın müqavilədən çıxacağı və İrana yeni sanksiyalar tətbiq ediləcəyi mesajını vermişdi.
Tramp, ötən həftə İranın nüvə silahı inkişaf etdirməyə davam etdiyini açıqlayan və bir sıra mübahisəli dəlillər ortaya qoyan İsrailin Baş naziri Netanyahuya inandığını bildirmişdi.
2015-ci ilin İyul ayında, P5+1 ölkələri qrupu (Çin, Almaniya, Fransa, Rusiya, Böyük Britaniya və ABŞ) İran ilə nüvə müqaviləsi imzalamışdı.
Qərardan sonra neft qiymətləri yüksəlib və Brent neftinin qiyməti 76 dolları keçdi. Sonradan neft qiymətləri düşdü.
İRANDAN REAKSİYA
İran Prezidenti Həsən Ruhani ABŞ Prezidenti Donald Trampın İran ilə bağlanmış nüvə müqaviləsindən çıxdığını açıqlamasından sonra bəyanat verib.
"Müqavilədən çıxmaq üçün hansı sübutlara malik olduqlarını göstərməlidirlər. ABŞ Prezidenti Tramp, müqavilədən nə üçün çıxdığını, əsaslarını bildirməlidir. Bu tək tərəfli bir müqavilə deyil. BMT-də və parlamentlərdə imzalanmış bir müqavilədir. İran tərəfi razılaşmada qeyd edilmiş bütün öhdəliklərinə əməl edib. Amma bu gün görürük ki, beynəlxalq müqaviləyə hansı ölkə hörmət göstərmir. Heç bir tələbi pozmamışıq. ABŞ-ın müqavilədən nə üçün çıxdığını anlamırıq. Trampın qərarı onların müqaviləyə əməl etmək istəmədiklərini göstərir. Həmişə belə olublar. Bizim üçün yeni bir şey olmadı. Xalqımız bunu bir daha gördü. Tramp rəhbərliyinin tək dəstəkləyən İsraildir. Biz bu nöqtdədə gözləyəcəyik və səbirli olacağıq. Müqavilə digər 5 ölkə ilə davam edəcəkdir",- Ruhani deyib.
"HƏR ŞƏRAİTƏ HAZIRIQ"
Ruhani, "Tramp, psixoloji bir müharibəyə başladı. Onun iqtisadi və siyasi nəticələrini heç vaxt bağışlamayacağıq. Xalqımız bu gün daha çox birlik içərisindədir. Müqavilə kağız üzərində qalsa, maraqlarımız təmin olunmayacaqsa, açıq bir yolumuz olacaq və hər şəraitə hazırıq" dedi.
Müştərilərin xəbərləri
ABV və Hikvision tərəfdaşlığı ilə LED, rəqəmsal və interaktiv ekran həlləri Azərbaycan bazarında - FOTOLAR
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
10 d. əvvəl
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
- 22 d. əvvəl
-
-
37 d. əvvəl
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
-
55 d. əvvəl
Britaniyanın Baş naziri və Tramp Hörmüz boğazı üçün hərbi variantları müzakirə edib
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar Sığorta Fonduna 6500 hektar əkin sahələri üzrə zərər müraciətləri daxil olub
-
3 saat əvvəl
Azərbaycan 15 sığortaçısının məcmu xalis mənfəəti 6 % azalıb
-
3 saat əvvəl
"Regional" BOKT 2025-ci ili xalis mənfəətlə başa vurub - 12%-DƏN ÇOX ARTIB
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
ʺBank Melli İranʺ Bakı filialının xalis mənfəəti azalıb
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
Lufthansa-da tətil 500-dən çox uçuşun ləğvinə səbəb olacaq
Ən çox oxunanlar
Azərbaycan 15 sığortaçısının məcmu xalis mənfəəti 6 % azalıb
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
TuranBank İsveçrənin fondu ilə əməkdaşlığa başlayıb - SAZİŞ İMZALANIB, 10 MİLYON VƏSAİT CƏLB OLUNUB
Lizinq şirkətində növbədənkənar ümumi yığıncağı keçiriləcək
“E-müqavilə”nin tətbiqinə başlandı - Mal və xidmətlərin alınması üzrə müqavilələr bu altsistem ilə bağlanacaq
“Dəli-Dolu Təkliflər” kampaniyası başlayır - CƏMİ 3 GÜN



















