Özünü təlimçi kimi sınamaq istəyən təqaüdçülərin nəzərinə!
Ötən il "Üçüncü Bahar" sosial layihəsi çərçivəsində Kapital Bank ASC-nin təşkilati dəstəyi ilə Bakı, İsmayıllı, Gəncə, Lənkəran şəhərlərində "Maliyyə Savadlığı" praktik təlim tədbirləri həyata keçirilib.
Təlim zamanı 200 -ə yaxın təqaüdçüyə ATM, təqaüd kartlarından istifadə qaydası, onlayn ödənişlər və digər bu qəbil məsələlər geniş şəkildə izah edilib.
Təqaüdçülər arasında maliyyə savadlığının artırılması üçün "Üçüncü Bahar" tərəfindən silsilə tədbirlər davam edir.
Bu dəfə təlimçilər təqaüdçülərin arasından seçiləcək. Siz də təlimçi ola bilərsiniz!
Özünü təlimçi kimi sınamaq istəyən təqaüdçülər üçün peşəkarlar tərəfindən seminarlar təşkil olunacaq.
Müraciət üçün son tarix 10 iyun 2018 -ci ildir.
Maraqlananlar (+994 55 680 11 55) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, “Üçüncü Bahar” təşəbbüs qrupu 2017-ci ilin fevral ayından etibarən fəaliyyətə başlamışdır. Təşəbbüs qrupu təqaüd yaşına çatmış, yaradıcı və özünü inkişaf etdirməkdə maraqlı olan şəxsləri bir mərkəzdə toplamağı nəzərdə tutur. Təqaüdçüləri toplayaraq, onların asudə vaxtlarının dəyərləndirilməsi məqsədilə bir sıra müxtəlif məzmunlu tədbirlər həyata keçirilmişdir. Təşəbbüs qrupunun fəaliyyəti nəticəsində il ərzində 30-dan çox müxtəlif məzmunlu tədbirlər təşkil edilmişdir. Hazırda təqaüdçü bazada 500-ə yaxın üzv var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)









