Almaniyadan gətirilmiş kartof sortu əkilir

Qazax rayonundakı “Birinci Şıxlı” kəndli-fermer təsərrüfatı 2016-cı il oktyabr ayının 19-da Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Təsərrüfat 151 hektar sahədə yaradılıb. Onun 15 hektarında süni suvarma sistemi qurulub. Bu da məhsuldarlığın 2-3 dəfə yüksəldilməsinə imkan verəcəkdir. Keçən il 412 hektar sahədə taxıl əkilib. İndi taxıl sahələrində gəmiricilərə və ziyanvericilərə qarşı mübarizə aparılır. Hazırda 212 hektar sahədə Almaniyadan gətirilmiş “AQATA” kartof sortunun və 100 hektar sahədə şəkər çuğundurunu əkmək üçün şumlama və dərmanlama işləri görülür.
Əkin sahələri əsasən əhalinin pay torpaqlarıdır. Uzun illər dəmyə şəraitində olan bu sahələrdə əhalinin məhsul yetişdirməsi çətin olub. Bəzən əkilən toxum cücərməyib. Nəticədə insanların əli işdən soyuyub və torpaqlar istifadəsiz qalıb. Bu təsərrüfat yaradılarkən onlar böyük həvəslə pay torpaqlarını icarəyə verməyə razı oldular. Torpaq sahibləri ilə müqavilə bağlandıqdan sonra islərə start verildi. Sahələr daş-kəsəkdən, kol-kosdan təmizləndi, şumlanıb, əkinə yararlı hala salındı, torpağa mineral gübrələr verildi. Müqaviləyə əsasən, hər hektar üçün torpaq sahiblərinə 100 manat ödəniş edildi. Məhsul yetişəndə isə hər hektar üçün 100 kiloqram məhsul veriləcəkdir.
Kartof, soğan, kök və digər tərəvəz məhsullarının təmizlənməsi, yuyulması, qurudulması, çeşidlənməsi və qablaşdırılması üçün ən müasir texnologiyalar əsasında istehsal sahəsi yaradılıb. İstehsal edilən məhsullar ilkin olaraq daxili bazar üçün nəzərdə tutulub. Məhsulun, eləcə də gübrə və dərmanların saxlanması üçün iki anbar inşa edilib. Tələbata uyğun gübrə və dərmanlar gətirilmişdir. Əkini və məhsul yığılması üçün 5 “Belarus” traktoru, iki qoşqu lafeti, 2 taxılsəpən, əkin işləri ilə bağlı 6 texnika alınmışdır. Taxıl biçini üçün isə kombaynlar “Aqrolizinq” ASC-dən icarəyə götürüləcəkdir. Taxılın qurudulması üçün 4 min kvadratmetr sahəni əhatə edən xırman yaradılmışdır.
Təsərrüfatda olarkən onu da öyrəndik ki, bu il yetişdiriləcək kartofun bir hissəsindən toxum kimi istifadə olunacaq. Bunun üçün yaxın günlərdə laboratoriya və çeşidləmə qurğularının quraşdırılması nəzərdə tutulmuşdur. Türkiyə Respublikasının müxtəlif şirkətləri ilə kartofsəpən, gübrəsəpən, dərmansəpən, kartofçıxaran, otbiçən və sair texnikaların alınması üçün müqavilələr bağlanmışdır.
İstehsal olunan məhsulun saxlanması üçün yaxın vaxtlarda təsərrüfatda 5 min tonluq soyuducu anbarın tikintisi də nəzərdə tutulmuşdur. Məqsəd gələn il əkin sahələrinin həcmini iki dəfəyədək artırmaqdır.
Hazırda təsərrüfatda 40 nəfərədək işçi çalışır. Yaxın vaxtlarda onların sayının 400 nəfərə çatdırılacağı nəzərdə tutulmuşdur. İşçilərin təsərrüfata gəlib-getməsi üçün minik avtomaşınları ayrılmışdır. Onlar gündə bir dəfə pulsuz yeməklə də təmin edilirlər. Təsərrüfat üçün ayrıca elektrik transformatoru quraşdırılmış, qaz və içməli su xətti çəkilmişdir. Sahələri nəzarətdə saxlamaq üçün mütəxəssislər hər bir şəraitdə hərəkət edə bilən minik maşınları ilə təmin edilmişlər.
Təsərrüfat direktorunun birinci müavini Safura Vəliyeva dedi ki, ortaya problemlər çıxanda rayon icra hakimiyyəti onların aradan qaldırılması üçün kömək göstərir.
“Birinci Şıxlı” kəndli-fermer təsərrüfatı hələlik ilk addımlarını atır. Buna baxmayaraq qısa vaxt ərzində burada xeyli iş görülmüşdür. Gələcəkdə təsərrüfat genişləndikcə, istehsal sahələri də genişlənəcək. Qarşıda duran əsas vəzifələrdən biri də istehsal olunan məhsulların xarici ölkələrə ixracını təmin etməkdir. Bunun üçün gələcəkdə meyvə bağlarının salınması, məhsulun saxlanması üçün soyuducu anbarların tikintisi, həmçinin emal sexlərinin yaradılması nəzərdə tutulmuşdur. Bu il istehsal olunacaq məhsulların satışında problem yaşanmayacaq. İstehsal olunacaq yüksək keyfiyyətli şəkər çuğunduru müqaviləyə əsasən İmişli şəkər zavoduna təhvil veriləcəkdir. Kartofun satışında da elə bir çətinlik olmayacaq.
Daha bir xarakterik fakt: fermer təsərrüfatının əkinçilik tədris mərkəzində hazırlanacaq mütəxəssislər regionda həyata keçiriləcək kənd təsərrüfatı layihələrinə cəlb olunacaqlar. Beləcə ilk addımlarını atan “Birinci Şıxlı” kəndli-fermer təsərrüfatı dövlət dəstəyi sayəsində inkişaf edir, boz çöllərə həyat verir.
© "Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
