ABB-nin qalib təqaüdçüsü: “Şahmat oynayandan sonra dincəlirsən”
(®) Həmzə İsmayılov Azərbaycan Beynəlxalq Bankının öz təqaüdçü müştəriləri arasında keçirdiyi şahmat üzrə respublika çempionatında qalib olub. O, fizika-riyaziyyat üzrə fəlsəfə doktorudur. 50 ilə yaxındır ki şahmat oynayır:
-1970-ci ildən şahmatla məşğulam. Onda hələ Ağdaş rayonunun Ləki kəndində orta məktəbdə oxuyurdum. 15 yaşımdan sonra bu oyuna marağım yarandı.
-İndiyə kimi hansı yarışlarda iştirak etmisiniz?
-Bakı birinciliyində çıxışlarım olub. Veteranların yarışlarında da iştirak etmişəm. Bundan başqa, “Open Baku” klubu var, orada da iştirak eləmişəm. Həvəskar şahmatçıyam, deyim ki, professionalam, düzgün olmaz.
-Veteran şahmatçılar öz güclərini əsasən hansı məkanlarda sınayırlar?
-Əvvəllər bulvarda veteranların şahmat klubu vardı. Ora bütün şahmatçılar gələrdi. Rəhmətlik Vüqar Həşimov idi, başqaları idi. Ən məşhur şahmatçılar o bulvar məktəbini keçirdi. İndi Nərimanov parkında müəyyən yerlər var, orda oynayırıq. Əlbəttə, boş vaxtlarımızda. Veteran şahmatçılar arasında hər il yarış keçirilir. Mən də orada iştirak edirəm. Veteranlar arasında güclü şahmatçılarımız çoxdur.
-Bu yarışlarda hansı nəticələriniz olub?
-İkinci yer tutmuşam, dördüncü yeri tutduğum olub. Amma ilk dəfədir ki, Azərbaycan Beynəlxalq Bankının təqaüdçüləri arasında şahmat çempionatında birinci yeri qazandım. Tezliklə, Sloveniyada veteran şahmatçılar arasında Avropa birinciliyi keçiriləcək. Noyabrda da Norveçdə veteran şahmatçılar arasında dünya birinciliyi olacaq. Sloveniyada keçirilən yarışda iştirak etmək istərdim.
-Neçə övladınız var?
-İki oğlum var, bir qızım. Oğlanlarım evlidir. Bir nəvəm də var, Turan adında. Bir oğlum, bir qızım həkimdir. Qızım Almaniyada, oğlumsa Türkiyədə işləyir. Bir oğlum da qalıb yanımda, o mühasib-auditordur.
-Övladlarınız da şahmata həvəs göstərirlər?
-Hamısı şahmatı yaxşı bacarır. Amma peşəkar deyillər. Hərdən evdə kompüterdə də oynayırq. Ümumiyyətlə, şahmat gözəl bir hobbidir, istirahətdir. Tutaq ki, işdən yorğun gəlirsən, şahmat oynayanda zehni yorğunluğun da, lap elə fiziki yorğunluğun da çıxır. Nə qədər yorğun olursan ol, şahmat oynayandan sonra dincəlirsən.
-Yəqin, elə ona görə deyirlər ki, şahmat beynin gimnastikasıdır.
-Tam doğru. Zehnin işləməsi, məntiqi təfəkkürün inkişafı üçün şahmat ən gözəl oyundur. Üstəlik, səsi yox, küyü yox. Ola bilər, başqa bir oyun oynayarsan, səs-küy ətrafda narahatlıq yaradar. Amma şahmat sakit bir oyundur. Gözünü fiqurlara dikib düşünürsən, beyin çalışır. Şükür ki, indi gənclərin də şahmata marağı böyükdür. Belə yarışların təşkili şahmatı daha da populyarlaşdırır. Mən də təqaüdçülər arasında şahmat çempionatının təşkilinə görə Azərbaycan Beynəlxalq Bankına minnətdarlığımı bildirirəm. Əməyi keçən hər kəsə təşəkkürlər.
-Bu bankın məhsul və xidmətlərindən istifadə edirsinizmi?
-Hazırda Azərbaycan Beynəlxalq Bankının təqaüdçüsüyəm. Təqaüdümü bir neçə ildir ki, bu bankdan alıram. İndiyə kimi xidmətlərindən çox razı qalmışam. “SMS xəbərdarlıq” xidmətinə qoşulmuşam, təqaüdüm köçən kimi telefonuma mesaj gəlir. Kredit də lazım olsa, bu bankdan alaram. Çünki alanlar olub, deyirlər şərtləri sərfəlidir, həm də öz təqaüdçülərinə krediti çox asanlıqla verirlər. Ümumən, Azərbaycan Beynəlxalq Bankı dövlət bankıdır, etibarlı bankdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
11 d. əvvəl
"FERRUM Kapital”ın 4 milyon manat borclanacağı tarix açıqlanıb
- 30 d. əvvəl
-
56 d. əvvəl
"PAŞA Real Estate" qlobal aktivlərini "One&Only" Hudson Valley, Nyu-York ilə genişləndirir
-
1 saat əvvəl
BOKT “KREDEX”in ünvanının dəyişməsi ilə əlaqədar lisenziyası yenilənib
-
2 saat əvvəl
Yeni kart təqdim edildi - 15 min manatadək komissiyasız nağdlaşdırma, kart qalığına 8% gəlir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Unibank 2025-ci ildə 4,5 milyon manata yaxın yaşıl kredit verib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"FERRUM Kapital”ın 4 milyon manat borclanacağı tarix açıqlanıb
"PAŞA Real Estate" qlobal aktivlərini "One&Only" Hudson Valley, Nyu-York ilə genişləndirir
Yeni kart təqdim edildi - 15 min manatadək komissiyasız nağdlaşdırma, kart qalığına 8% gəlir
Azərbaycan iqtisadiyyatı 1,7 faiz artıb
Ən çox oxunanlar
Əmanətçilər üçün xüsusi təklif
Unibank 2025-ci ildə 4,5 milyon manata yaxın yaşıl kredit verib
“AFB Bank” rebrendinq üçün araşdırmalara başlayıb
PAŞA Bank iki nüfuzlu beynəlxalq mükafata layiq görülüb
Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 9% artıb
PAŞA Bank-ın dəstəyi ilə “AI for Good” süni intellekt təlim proqramının açılış mərasimi keçirildi
ZEEKR brendinin satış mərkəzinin yeni binasının açılış mərasimi və 9X modelinin təqdimatı keçirilib



















