"Millətimizdən mesajı aldıq, qüsurları aradan qaldıracağıq"
Rəcəb Tayyib Ərdoğan, "Bu seçkinin qalibi 81 milyon vətəndaşımızın hər biridir. Bu demokratiya bayramında iştirak edən bütün vətəndaşlarımıza təşəkkür edirəm" deyib.
Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada balkon nitqini söyləyib.
"Marja" xəbər verir ki, Ərdoğan, "Bu seçkinin qalibi 81 milyon vətəndaşımızın hər biridir. Bu demokratiya bayramında iştirak edən bütün vətəndaşlarımıza təşəkkür edirəm ki, siz tarix yazırsınız. Dünyanın bir çox ölkəsində seçkilər bizdəkinin yarısına belə çatmayan iştirakla keçirilir. Türk milləti iradəsində sahib çıxaraq, demokratiya hüquqlarına və azadlıqlarına önəm verdiyini, bu seçkidə təkrar göstərmişdir" deyib.
"Millətimizin verdiyi mesajı aldıq ki, qarşıdakı dövrdə qüsurları aradan qaldıracağıq",-deyən Ərdoğan, "Andiçmə mərasimindən dərhal sonra nazirlərimizi, məmurlarımızı müəyyən edib proqramımızı həyata keçirməyə başlayacağıq. Dərhal sabahdan etibarən millətimizə verdiyimiz sözləri yerinə yetirmək üçün işlərə başlayırıq" ifadəsini istifadə edib.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan 52,55%-lə Türkiyə prezidenti seçilib.
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
Ərdoğan, "Bəşər planında heç bir gücün qarşısında əyilmədik. Yalnız Allahın hüzurunda səcdədə əyildik. Əslində bir az daha erkən saatlarda sizlərlə birlikdə olardım. Prezident iqamətgahında böyük bir qəzada kiçik bir övladımız ağır yaralandı. Ailə ilə bir yerdə oldum və icazə alaraq Ankaraya gəlmişik. Hazırda əməliyyatdadır",- deyib.
Ərdoğan, "Noyabr seçkilərində yanımızda oldunuz, bizi hakimiyyətə gətirdiniz, dayanmadınız, "durmaq yox", "yola davam" dediniz ki, "bu mahnı burada bitməyəcəkdir" dediniz. 22 İyul 2007 seçkisində yanımızdaydınız. 12 İyun 2011 seçkilərində də yanımızdaydınız. Gezi hadisələrində, prezident seçkilərində yanımızdaydınız. Xəyanət dəstələrinə birlikdə qarşı çıxdınız. 1 Noyabrda yanımızdaydınız. 15 İyul dövlət çevrilişi cəhdində də buradaydınız. Ölkəmizi, bayrağımızı, əzanımızı üsyançıların pəncəsindən birlikdə xilas etdik. Hara qaçdılar Amerikaya. Amerikadakı səslərə baxıram. Oradan ana müxalifət yaxşı səs yığıb" - deyib.
"QAZANAN TÜRKİYƏ OLMUŞDUR"
Ərdoğan,"Millətimiz seçimini dava üçün deyil, xidmət üçün istifadə etmişdir. Qazanan Türkiyə, Türk milləti, regionumuz olmuşdur. Seçkidə bizə verdiyiniz güc ilə ölkəmizi 2023 hədəflərinə birlikdə çatdıracağıq. Ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da yüksəklərə qaldıracağıq. Bayrağımız daha nazlı dalğalanacaq. Türkiyə seçimini demokratiyasına, hüquq və azadlıqlarına sahib çıxmaq üçün, islahatları davam etdirmək üçün etmişdir. Türkiyə seçimini PKK-dan FETÖ-yə qədər bütün terror təşkilatları ilə qərarlı bir şəkildə mübarizə aparılması üçün etmişdir",- deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 21 saat sonra
- 26 d. əvvəl
-
- 47 d. əvvəl
- 51 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb














.jpg)





