Prezident Etibar Pirverdiyevə qəzəbləndi
"Siz sadəcə olaraq utanmalısınız....Elə sistem qurulmalı idi ki, bir qəzaya görə ölkənin enerji sistemi çökməsin"
Xəbər verdiyimiz kimi, İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib.
İclasda "Azərenerji"nin sədri Etibar Pirverdiyev öz çıxışına Azərbaycan xalqından və Prezidentdən üzr istəyərək başlayıb. O, "qəzanı havanın isti olması ilə əlaqədar olaraq istehlakın artması ilə" əlaqələndirdi. O qeyd etdi ki, enerjiyə tələbat 40% artıb. Priverdiyevin bu sözü Prezident İlham Əliyevi qəzəbləndirdi:
"İsti havaların artması ilə əlaqədar olaraq istehlakın artması qəzanın səbəbi ola bilməz. Bizdən də isti ölkələr var. Onlarda belə qəzalar baş vermir. Baş verəndə də ölkələrin enerji sistemi çökmür. Yenə deyirəm qəza baş verə bilər. Qəzanın da fəsadlarının aradan qaldırılması işləri aparılmalıdır və aparılır. Ancaq bir qəzaya görə, bütün ölkənin enerji sisteminin çökməsi böyük səhvdir. Bizim kifayət qədər enerji gücümüz var. Giriş çıxışımda bunu qeyd etdim. Təkcə 15 il ərzində 2500 meqavat gücündə elektrik stansiyaları yaradılmışdır. Biz indi xarici ölkələrə elektrik enerjisini ixrac edirik. Ona görə isti havalar ilə bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz. Qəzanın səbəblərini Komissiya araşdıracaq. Siz sadəcə olaraq utanmalısınız. Xalq qarşısında ölkə qarşısında... İnsanlar isti havada əziyyət vermisiniz. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar. İqtisadiyyata nəzədər ziyan vurmusunuz.
Burada deyilən ziyanı hesablasaq ölkəyə nə qədər böyük iqtisadi ziyan dəyib. Bu qədər bu sahəyə investisiya ayırmışam. Dövlət investisiya proqramında hər il bu məqsələ böyük vəsait ayrılır. İndi yeni elektrik stansiyaları tikilir. "Şimal 2" elektrik stansiyası tikilir. 30 stansiya tikilib, son 15 il ərzində. Elə sistem qurulmalı idi ki, bir qəzaya görə ölkənin enerji sistemi çökməsin. Nə üçün Bakıda və Sumqayıtda, bölgələrdə istifadəyə verilmiş elektrik stansiyaları qəza baş verəndən sonra fəaliyyətini dayandırdı? Bunun səsəbləri var. Onun haqqında danışmalısınız. Bunun izahatını verməlisiniz. Yoxsa mənə məlumat verirsiniz ki, havalar isti keçir, istehlak artır, bu məni qane edə bilməz. Qətiyyən. Əyləşin".
Prezident sözlərinə belə davam etdi: "Bir də deyirəm Yaqub Eyyubov. Məsələni çox ciddi araşdırmaq lazımdır. Bütün komissiya üzvləri fəal işləməlidir. Qısa müddət ərzində həm birinci qəzanın, həm də ikinci qəzanın səbəbləri haqqında mənə məruza edilməlidir. Günahkarlar müəyyən edilməli və cəzalandırılmalıdır."
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
"İRADLARIMIZA "AZƏRENERJİ" ƏMƏL ETMİRDİ"
İclasda Fövqəladə hallar naziri Kəmaləddin Heydərov məruzə edərək bildirdi ki, komissiyanın ilkin qənaətinə görə, cərəyan açarının olduğu hissənin içərisindəki yağ dağılıb və qarşısında olan kanallardakı kabelləri yadırıb:
"Biz əvvəllər “Azərenerji”yə göndərdiyimiz məktublarda bildirmişdik ki, bu kanalların üstü möhkəm örtürməlidir. Qəza olduqda yağ kabellərin üzərinə tökülməməlidir. Təəssüflər olsun ki, 63 açarların hamısı möhkəmləndirilməmişdir.
Əvvəllər bizim göndərdiyimiz iradların heç birinə “Azərenerji” tərəfindən əməl olunmamışdır. Ərzinin quru otları biçilməmiş, soyutma qurğularının demək olar ki, heç biri işləmir. Həmin gün Mingəçevir suyununun temperaturu 28 dərəcə olub. Bu soyutma işlərinə mane törədib. Müşahidə etdik ki, bir sistem çökəndə bütün sistem çökməməli idi. Hətta o stansiyanın başqa bloklarında bir şey olmamalı idi. Elektrik xətlərində müəyyən “Azərenerji”nin qurumları arasında rabitənin olmamasını müşahidə etdim. İkinci dəfə sistem çökəndə heç kim bizə deyə bilmdi ki, sistem niyə çökdü. Hərə bir söz dedi”.
Nazir, "Biz "Azərenerji"ya yazdığımız məktubları Baş Prokurorluğa təqdim etmişik",- əlavə etdi.
Kəmaləddin Heydərov bildirdi ki, Mingəçevirdəki stansiya fiziki və mənvi köhnə stansiyadır.Təkrar vəsait ayırıb onu təmir etmək doğru deyil.
Baş Prokuror da bildirib ki, "Azərenerji" tərəfindən rele mühafizə xidməti təmin edilməyib.
Həmçinin oxu: Prezidentin sərt və açıq danışdığı müşavirə - TAM MƏTN
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 11 d. əvvəl
-
- 39 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
-
1 saat əvvəl
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
2 saat əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
2 saat əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
3 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
Ən çox oxunanlar
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb






.jpg)
.jpg)









.jpg)





